Formula 1 : Eyni yerdə yenə qəza oldu - FOTO
Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda növbəti qəza baş verib.
Rakus.az xəbər verir ki, “Ferrari” komandasının pilotu Şarl Lekler idarəetməni itirərək səkiyə çırpılıb. Nəticədə onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb.
Bolid dərhal trekdən evakuasiya edilib.
Bir qədər əvvəl məhz bu yerdə – Qaşa Qala qapılarına çatmamış “Williams” komandasının pilotu Robert Kubitsa da idarəetməni itirərək səkiyə çırpılmışdı.
Xatırladaq ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.