Dünya 07.10.2020 11:48

Paşinyan növbəti dəfə pərt oldu

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə BBC-nin müxbirinin sualları qarşısında aciz vəziyyətə düşərək pərt oldu.

Rakus.az xəbər verir ki, bundan əvvəl BBC-nin “HARDTalk” proqramında özünü rüsvay edən Paşinyan bu dəfə jurnalist İohan Fişerin ədalətli və sərt suallarını cavablandıra bilməyərək rəzil duruma düşdü.

Ermənistanın baş naziri hər müsahibəsində məntiqsiz, absurd, bir-birinə tamamilə zidd olan fikirlər söyləməklə artıq bütün dünyada qeyri-ciddi siyasətçi kimi qəbul edilir. Verilişdə “Qarabağ Ermənistan torpağıdır” kimi təxribatçı sözlər söyləyib ardından başqa bir müsahibəsində “biz güzəştə hazırıq” deməsi onun nə dərəcədə qeyri-ciddi olmasının göstəricisidir.

Ermənistanın baş nazirinin düşünmədən, məsuliyyətsizcəsinə verdiyi cavablara görədir ki, jurnalist İohan Fişerin ona “Sizin bu cür danışığınızdan belə görünür ki, siz razılığa yer qoymamısınız” deyir. Jurnalistin “Siz münaqişəni başa çatdırmaq üçün Dağlıq Qarabağın ətrafındakı əraziləri geri qaytarmağa hazırsınızmı?” sualına “bu, bir səbəbdən yerinə yetirilmədi. Azərbaycan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu tanımaqdan imtina etdi”, – deyə cavab verməsi ilə Paşinyan özünü daha gülünc vəziyyətə saldı. Axı jurnalist ona Dağlıq Qarabağa bitişik işğal olunmuş rayonlarla bağlı sual verir. Məlum olduğu kimi, bu rayonlarda heç vaxt ermənilər yaşamayıb və burada hansı müqəddəratdan söhbət gedə bilər?!

BBC-nin müxbirindən “İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib” sözləri qarşısında düşdüyü vəziyyətin daha da çətinləşdiyini görən Paşinyan buna söz tapa bilməyib “Üzr istəyirəm bu, həqiqətə uyğun deyil” deməklə kifayətlənsə də, jurnalistin ard-arda “Bu, həqiqətə uyğundur. Beynəlxalq hüquqa, BMT Baş Assambleyasının bəyannamələrinə baxın”, “Siz demək istəyirsiniz ki, sizin tarixi iddianız var, lakin beynəlxalq hüquq qarşısında siz səhvsiniz”, “BMT qətnamələrində yazılıb ki, o torpaqlar Azərbaycana aiddir. Gəlin bunu dəqiq qeyd edək” kimi suallar yağdırması Ermənistanın baş nazirinə tərs sillə effekti yaratdı və təbii ki, ənənəsinə uyğun olaraq o, suallara cavab verməkdən yayındı, məntiqsiz fikirlər söyləyib sərsəmləməyə başladı.

Beləliklə, Paşinyan özünü növbəti dəfə dünya ictimaiyyətinin qarşısında rüsvay etdi. O, yenə də acı həqiqətlər qarşısında pərt durumda qaldı. Ermənistanın baş naziri bu vəziyyətə artıq öyrəşib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə debatlarda iştirak edərək dövlətimizin başçısının tarixi faktlara əsaslanan fikirləri qarşısında söz tapa bilməyib gülünc vəziyyətlərə düşüb. Xarici jurnalistlərin suallarını cavablandırarkən də o, hər dəfə kəkələyərək nəsə demək istəyir. Lakin hər zaman olduğu kimi, heç bir fakta əsaslanmayan, siyasi reallığa uyğun olmayan fikirlər söyləməklə nə qədər savadsız və məntiqsiz olduğunu bütün dünyaya nümayiş etdirir.

Budəfəki rüsvayçı müsahibəsində də Paşinyan nə dərəcədə savadsız, səriştəsiz “siyasətçi” olduğunu bir daha bütün dünyaya göstərdi.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO