Dünya 07.10.2020 14:29

Avrasiya Birliyi və Rusiya Ermənistanın yükünü daşımaqda maraqlı deyil

Ermənistanın iqtisadi göstəriciləri pisləşməyə davam edir. Bunu artıq beynəlxalq reytinqlər də təsdiqləyir. Belə ki, “Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini endirib. Buna əsas səbəb olaraq isə ölkədəki daxili disbalansın dərinləşməsi, xalis xarici borc və cari hesablar balansındakı defisitin artması, eyni zamanda, faiz yükünün yüksəlməsi göstərilib.

Rakus.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bundan başqa, məlumatda, Dağlıq-Qarabağ konfliktinin davam etdirilməsinin ölkənin həm maliyyə, həm fiskal, həm də ümumi makroiqtisadi sabitliyinə çox böyük mənfi təsirə malik olduğu qeyd olunub.

Ermənistanda müharibə şəraiti ilə bağlı tam səfərbərlik rejiminin tətbiq olunması və 55 yaşa qədər kişilərin döyüşə cəlb olunması ölkənin əmək tutumlu bir çox sahələrinin fəaliyyətində məhdududiyyətlər yaradıb. Yerli sahibkarların bir çoxu istehsal fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Pandemiyanın təsiri ilə iqtisadi aktivliyin avqust ayına olan göstəricilərində ilin əvvəli ilə müqayisədə 17.4 faiz azalma ölkə iqtisadiyyatına yetərincə ağır zərbə hesab olunurdu ki, əlavə olaraq cəbhə bölgəsində Ermənistanın verdiyi ağır itkilər və əmək qüvvəsinin real sektordan transferinin bu mənfi trendi daha da kəskinləşdirəcəyi şübhə doğurmur.

Ermənistanın Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən də bu il dövlət vergi daxilolmaları üzrə proqnozlar icra olunmayacaq.

Dövlətin hərbi itkiləri və məğlubiyyətə yaxın olması əlavə resurslar tələb edir. Yoxsul olan əhalinin son vəsaitlərini orduya dəstək fondları yaradaraq cəlb etməsi erməni vətəndaşlarının rifahını daha da pisləşdirir.

Təkcə koronovirusun təsiri ilə Ermənistanın sentyabr ayına olan son rəsmi statistik məlumatlarına əsasən ölkədə 1213 ticarət obyekti bağlanıb, 5058-i isə öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu da ölkədə fəaliyyət göstərən bütün ticarət obyektlərinin 50 faizə yaxın hissəsini təşkil edir. Bundan başqa, tikinti sektorunda 23 müəssisə ləğv edilib, 231-nin fəaliyyəti isə müvəqqəti dayandırılıb. 205 daşınmaz əmlak şirkəti müvəqqəti bağlanıb, 5-i isə ləğv edilib.

“Digər xidmətlər” sahəsində 234 şirkət ləğv edilib, 1057-nin fəaliyyəti müvəqqəti dayandırılıb. Peşə və elmi-texniki fəaliyyətlə məşğul olan 67 müəssisə ləğv edilib, 493 müəssisənin isə fəaliyyəti müvəqqəti dayandırılıb.

İnzibati və köməkçi fəaliyyət göstərən 39 şirkətin qeydiyyatı ləğv edilib, 449-u müvəqqəti dayandırılıb. Təhsil sahəsində 21 şirkət ləğv edilib, 136-sı müvəqqəti dayandırılıb. Səhiyyə və sosial xidmətlər sahəsindəki 10 müəssisə ləğv edilib, eyni sahədəki 120 müəssisənin isə müvəqqəti olaraq fəaliyyəti dayandırılıb.

Hərbi döyüşlərin başlaması ilə isə sözügedən sahələrdə fəaliyyət göstərən əlavə olaraq bir çox obyekt də bağlanıb.

Ərzaq məhsullarının böyük qismini idxal edən və artıq bu prosesdə məhdudiyyətlərlə üzləşən Ermənistan digər tərəfdən yerli istehsalda aşağı məhsuldarlıq göstərməklə daha öncə proqnozlaşdırılan ərzaq böhranının başladığını bir daha sübut edir.

Qeyd edilib ki, Paşinyan düşdüyü ağır sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün xarici kreditlərə, ianələrə və yardımlara ümid edir. Xüsusilə də, Rusiyanın və Avrasiya Birliyinin dəstəyinə arxalanır. Lakin Ermənistanın indiki hakimiyyətinin Rusiyaya qarşı xəyanətkar mövqeyi, o cümlədən rus investisiyaları və iş adamlarını sıxışdırması Rusiyadan gözlənilən köməyin olmayacağını proqnozlaşdırmağa imkan verir. Çünki, nə Avrasiya Birliyi, nə də Rusiya Ermənistan kimi etibarsız ölkənin yükünü daşımaqda maraqlı olmayacaq.

XƏBƏR LENTİ
Siyasi / 08.10.2025 14:22
İrəvanda “Artsax” sayıqlayanlar – ANONS
İdman / 08.10.2025 08:16
Turnirin 2-ci turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 07.10.2025 23:24
Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 07.10.2025 18:36
“F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir” - VİDEO
Sosial / 07.10.2025 15:22
Baybecan adı ilə yaranan qədim məskən – ANONS - VİDEO
Müsahibə / 07.10.2025 13:34
Hərbi abidələrin bərpasına başlanılıb – ANONS
İdman / 07.10.2025 08:10
İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO
İdman / 06.10.2025 02:06
“Zəfər 44” qələbə qazandı, “Vətən” isə heç-heçə etdi - FOTO - VİDEO
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri” - VİDEO
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
İkinci tur başlayır: 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk turu – yaddaqalan anlar və fotokadrlar - FOTO