Yeni infeksiya barədə Xəbərdarlıq olundu
ABŞ alimləri superbakteriyaların çoxalması ilə əlaqədar yeni qlobal təhlükə barədə xəbərdarlıq ediblər.
Rakus.az xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, hər il dünyada 700 min insan xüsusilə davamlı bakteriya növünün qurbanı olur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2050-ci ilə qədər zərərli mikroorqanizmlərə yoluxanların sayının 10 milyona çatacağını bildirib.
Alimlər hesab edirlər ki, antibiotiklərdən mütəmadi istifadə qonoreya, tüberküloz və salmonella stammları da daxil olmaqla, bir çox bakterial infeksiyaların müalicəsini çətinləşdirir və bəzən bunu qeyri-mümkün edir.
Kaliforniyada San-Dieqo Universitetinin professoru Steffani Stratdi qeyd edib ki, pandemiya fonunda antibiotiklərin nəzarətsiz istifadəsi nəticəsində dünya tezliklə yeni epidemiya ilə rastlaşacaq:
“Bu, qlobal böhrandır və COVID-19 vəziyyəti daha da pisləşdirir”.