Dünya 09.10.2020 13:13

Bakıdakı ermənilər II Qareginə və dünya ermənilərinə müraciət etdi

Bakı şəhərində yaşayan ermənilər dünya ermənilərinin katalikosu II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə müraciət ediblər.

Rakus.az xəbər verir ki, müraciətə on minlərlə erməni adından bir qrup şəxs imza atıb.

Həmin müraciəti təqdim edirik:

Dünya ermənilərinin katalikosu II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə Bakıda yaşayan ermənilərin müraciəti

Bu gün Azərbaycanda on minlərlə erməni yaşayır. Burada dinindən, irqindən asılı olmayaraq, bütün insanlara eyni münasibət göstərilir, konstitusiyanın öz vətəndaşlarına verdiyi hüquqlardan hamı bərabər yararlanır.

Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu illər ərzində demək olar ki, davamlı olaraq sivil Azərbaycan vətəndaşları, hətta uşaqlar, qocalar Ermənistan tərəfindən atəşə məruz qalıb, qətlə yetirilib.

Dünya ermənilərinin katalikosu II Qareginə müraciət edirik

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin durdurulmasında, işğal edilmiş Azərbaycan torpaqlarının öz sahiblərinə qaytarılmasında öz nüfuzu və gücündən istifadə etsin. Nahaq qanların axıdılmasının qarşısının alınmasına dəstək olsun. Dünyada bütün dinlər insanların dinc, yanaşı, sülh içində yaşamasına xidmət edir. Bizim din xadimlərimiz də buna çalışmalı, dünya miqyasında barəmizdə formalaşmış mənfi imicin götürülməsinə səy göstərməlidirlər.

Dünya ermənilərinə, ayrı-ayrı erməni lobbilərinə müraciət edirik

Dəstəyinizi insanların sülh içində yaşamasına yönəldin. Bu günə qədər heç bir müharibə insanlığa xeyir gətirməyib. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyondan artıq azərbaycanlı öz ev-eşiyindən qaçqın və köçkün düşüb.

Bu gün də Ermənistan işğalçılıq siyasətini davam etdirir. Bütün bunlar dünyada erməni xalqı barədə mənfi, insan düşməni, qaniçən fikri formalaşdırır. Xocalıda Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı erməni tarixinə qara ləkədir və bizim üçün çox utancvericidir.

Niyə Ermənistan qonşu Azərbaycanla dinc, yanaşı yaşamaq istəmir, onun torpaqlarını işğal edir, hər gün azərbaycanlı uşaqları, qocaları raketlərin hədəfinə çevirir?

Son günlər Ermənistan Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Şəmkir, Tovuz və digər yaşayış məntəqələrini raket atəşinə tutur. Atəş yalnız mülki azərbaycanlıların deyil, bu şəhərlərdə yaşayan müxtəlif xalqların rus, yəhudi, ləzgi, talış, o cümlədən ermənilərin də həyatını təhlükə altında qoyur. Gəncənin atəşə tutulması zamanı ciddi xəsarətlər almış milliyətcə erməni Karina Qriqoryan kimi…

Azərbaycan isə yalnız və yalnız öz ərazilərində antiterror əməliyyatı keçirir, öz tarixi torpaqlarını işğaldan azad etmək istəyir.

Qarabağda yaşayan ermənilərə müraciət edirik…

Siz 30 il öncə indi yaşadığınız Azərbaycan torpaqlarında xoşbəxt idiniz. Maddi rifahınız yüksək idi, bütün insan hüquqlarınız qorunurdu. Çünki Azərbaycan ermənilərə daim öz vətəndaşı kimi yanaşıb. İndi isə Ermənistanın mafioz rəhbərliyi sizi öz oyununun qurbanına çevirib. Buna çox acıyırıq. Sizin də insan kimi yaşamaq haqqınız və imkanınız var, ancaq Ermənistan bunu sizdən alıb. Hələ də gec deyil, ayılın, vasitəyə çevrilməkdən imtina edin. Azərbaycan sizin təhlükəsizliyinizdən tutmuş bütün hüquqlarınızı qoruyacaq. Buna bariz misal bizik.

Erməni analara müraciət edirik…

İndi dünyada hər kəs, o cümlədən siz də yaxşı bilirsiniz ki, işğal edilmiş Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Xocavənd Azərbaycanın tarixi əraziləridir.

Övladlarınızın Azərbaycan torpaqlarında ölməsinə göz yummayın, axı onları hansısa qüvvələrin oyununun qurbanı olması üçün dünyaya gətirməmisiniz.

Kimlərsə var-dövlət, vəzifə sahibi olacaq, əvəzində siz övladsız qalacaqsınız. Övladlarınızı Azərbaycan torpaqlarında hərbi xidmətdən geri çağırın.

Azərbaycanın torpaqları azad edilsin. Bu çirkin oyunda iştirak etməyin, yoxsa erməni xalqını məhvə apardığınıza görə gələcəyin lənəti üzərinizdə olacaq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO