Pakistan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində Azərbaycana dəstək ifadə olunub.
Rakus.az xəbər verir ki, Pakistan XİN-nin rəsmi “Twitter” səhifəsində yazılıb:
“Pakistan iki ölkə arasında davamlı sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olduğuna inanır. Bu məsələdə Pakistan qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək”.
Pakistan welcomes the ceasefire
b/w Azerbaijan & Armenia -a positive development for peace & stability.Sustainable peace b/w two sides would depend on complete & comprehensive implementation of #UNSC resolutions & withdrawal of Armenian forces from Azerbaijani territories.1/2
— Spokesperson 🇵🇰 MoFA (@ForeignOfficePk) October 10, 2020
Öz növbəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ”Twitter”dəki hesabında Pakistan XİN-nə minnətdarlıq edib: “Dost dar gündə tanınar. Təşəkkür edirəm Qardaş Pakistan”
H. Hacıyev eyni zamanda Pakistan XİN-nin tvitini paylaşıb.
Friends in Need are Friends Indeed. Thanks Brotherly #Pakistan https://t.co/PDGfe5ktAM
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 10, 2020