Türkiyə KİV-ləri: Ermənistan terrorçu mahiyyətini göstərir - FOTO
Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini, dinc əhalini atəşə tutması barədə məlumatlar yayır.
Rakus.az xəbər verir ki,
Türkiyə KİV-ləri cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistanın azğınlıq edərək günahsız insanları hədəfə aldığını yazlb.
Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandalizm həyata keçirirlər. Oktyabrın 11-də gecə Gəncədə yaşayış binasının hədəf alınması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktıdır.
Məlumatları Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Glabal, Büngü TV, CNN Türk telekanalları, habelə “Akşam”, “Milliyət”, “Sabah”, “Sözçü”, “Yeni çağ” və s. qəzetləri yayıb.