Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində Türkiyə ilə Azərbaycanın tək millət, iki dövlət olmasını bir daha vurğulayıb.
Rakus.az xəbər verir ki, onun sözlərinə görə, Türkiyənin Azərbaycanı dəstəkləməsi normaldır:
“Bizim Azərbaycanla illərdir hərbi müqavilələrimiz var. Bir çox azərbaycanlı hərbçilər Türkiyədə təhsillərini davam etdirirlər”.
O qeyd edib ki, Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib və buna davam edəcək:
“Türkiyə bütün qurumları ilə Azərbaycanın yanında olacaq. Qərb dövlətləri bunu anlamalıdır”.