Dünya 22.10.2020 23:00

Paşinyan NATO-da nicat axtarışında – TƏHLİL - FOTO

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi əməliyyatı davam edir. Ermənistan döyüşlər başlayandan sonra işğal altında saxladığı torpaqlardan çıxmaq, Dağlıq Qarabağala bağlı məsələnin müzakirəsinə başlamaqdansa zəbt etdiyi 7 rayonu əlində saxlamq istiqamətində savaşı davam etdirir.

Aldığı sarsıdıcı zərbələrdən ayılmayan Ermənistanın siyasi elitası və hakimiyyəti vəziyyəti özləri üçün daha da mürəkkəbləşdirirlər. Atəşkəsə nail olmaqdansa müharibə çağırışı edirlər.

Bu ölkənin baş naziri Nikol Paşinyanın “indiki mərhələdə Qarabağ məsələsinin diplomatik həlli yoxdur” deməsi rəsmi Yerevanın Azərbaycana qarşı müharibə elan etdiyi mənasını da verir. Ancaq, o, bunu hansı canlı qüvvə və hərbi texnika ilə aparacaq? Yaxud, bu bəyanatla çıxış edən Ermənistan hakimiyyəti kimə güvənir?

Son zamanlar Ermənistan ordusunda canlı qüvvənin çatışmadığı açıq-aşkar hiss edilir. Nikol oktyabrın 21-də erməni ictimaiyyətinə, dövlət məmurlarına orduya könüllü yazılmaqla bağlı müraciət etdi. Manekenlərə hərbi paltar geyindirməklə gəncləri orduya cəlb etmək istəyirlər. Yaşlaşmış nəsili orduya aparmaqla ermənilərin döyüş əzminin nümayiş etidməyə çalışırlar. Ancaq bütün bu cəhdlərin heç biri onlar üçün istədikləri nəticəni vermir.

Ermənistan ordusu daha çox hərbi texnika, silah-sursat və canlı qüvvə itkisi verir. Odur ki, rəsmi Yerevanın gücüzlüyünü dərk edərək işğal etdiyi torpaqlardan çıxıb, danışıqlara başlaması məntiqi görünürdü. Ancaq bu baş vermədi.

Görünür, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Zöhrab Mnasakanyanla oktyabrın 21-də keçirdiyi görüş iddialarının təmini baxımından Yerevanı qane etməyib.

Bu, indiki mərhələdə rəsmi Moskvanın Yerevanla razılşamadığı anlamına da gələ bilər.

Ona görə Nikol və komandası yeni arxa axtarışına çıxıb. Oktyabrın 21-də Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

O, Baş katibə Türkiyədən şikayət edib. Sarkisyan və onun təmsil etdiyi hakimiyyət hələ də döyüşlərdə Türkiyə iştirak etdiyini düşünür. O, bu barədə baş katibə bildirib. Ancaq Stoltenberq əminliklə deyib ki, NATO Qarabağ məsələsində tərəfsizliyini qoruyub, saxlayır : “Mən prezidentə xatırlatdım ki, NATO bu münaqişədə iştirak etmir. Həyati vacib məsələ iradə nümayiş etdirib, atəşkəs rejiminə əməl etmək və gərginliyi azaltmaqdır”.

O vurğulayıb ki, dinc sakinlərə hücum yolverilməzdir və dayandırılmalıdır. Baş katib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmaq üçün Azərbaycan və Ermənistanın danışıqları bərpa etməsinin vacibliyini bildirib.

Sarkisyan döyüşlərdə Türkiyənin iştirak etdiyini və Azərbaycanla birlikdə “Dağlıq Qarabağa” qarşı müharibə apardığını söyləsə də, onun dedikləri ciddi qarşılanmayıb.

Çünki hər kəs bu əməliyyatı Azərbaycanın apardığını daha yaxşı bilir. Ermənistan isə qonşu dövlətin torpaqlarına soxularaq döyüşlərə qatılmaqla işğalçılıq fəaliyyətini gizlətməyir.

Bu baxımdan hesab etmək olar ki, Ermənistan rəhbərliyi Rusiyadan istədikləri dəstəyi almadıqları üçün “nicatı” NATO-ya Türkiyədən danos verməkdə görürlər.

Ermənistan özünü elə göstərir ki, guya NATO və Avropa İttifaqına yaxınlaşmaq və Rusiyadan isə qopmaq istəyir. Ona görə rəsmi Yerevan bunun üçün müharibədən sonra öz xarici siyasətini bu iki qurumla yaxınlaşmağa yönəldəcəyini bəyan edir.

Qeyd edək ki, Paşinyan hakimiyyətindən əvvəl də Ermənistan NATO və Avropa İttifaqı ilə əməkdaşlıq edirdi. Belə ki, 2004-cü ildən NATO-nun Kosovadakı əməliyyatlarında ilkin olaraq Yunan qüvvələrinin tərkibində (35 nəfər), 2012-ci ildən ABŞ qüvvələri ilə birlikdə (35 nəfər), 2005-2008-ci illərdə İraqdakı əməliyyatlarda Koalisiya qüvvələrinin tərkibində Polşa kontingenti ilə birgə (46 nəfər), 2011-ci ildən NATO-nun Əfqanıstandakı “ISAF” missiyasında (46 nəfər) daha sonra “Qətiyyətli Dəstək Missiyasında” (121 nəfər) Almaniya qüvvələrinin tərkibində, 2014-cü ildən BMT-nin Livandakı “UNİFİL” missiyasında (33 nəfər) İtaliya qüvvələrinin tərkibində, BMT-nin Malidəki “MINISUMA” missiyasında Fransız qüvvələrinin tərkibində (2 nəfər) və 2019-cu ildən Rusiya qüvvələri tərkibində Suriyada mina təmizləmə fəaliyyətlərində (83 nəfər) sülhməramlı əməliyyatlarda iştirak edirlər.

Sülhməramlı əməliyyatlarda iştirakının coğrafiyasından və həm qərb ölkələri, həm də Rusiya tərəfindən dəstəklənən əməliyyatlarda aktiv iştirakından bu nəticəyə gəlmək olar ki, xüsusi ilə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalı fonunda Ermənistan bu tipli əməliyyatlardan xarici siyasəti üçün mühüm bir vasitəsi kimi istifadə edir.

Belə ki, dünyanın və Avropanın aparıcı ölkələri ilə ikitərəfli əlaqələri genişləndirmək, ölkə haqqında müsbət təəssürat yaratmaq, eyni zamanda, Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda və ümumiyyətlə, beynəlxalq aləmdə özlərinin təcavüzkar deyil, əksinə, sülhsevər xalq olduqlarını sübut etmək, özlərinin diplomatik gücünü artırmağa və xarici siyasi hədəflərinə nail olmağa çalışırlar.

Sülhməramlı əməliyyatlarda iştirak etməklə və qərbyönümlü siyasət yürütməklə Avropaya inteqrasiya, Rusiya tərəfindən onlara qarşı olan mənfi təsirləri balanslaşdırmağa və Rusiyanın regional-strateji tərəfdaşı kimi Qərbin gözündə ölkənin əhəmiyyətini artırmağa səy göstərirlər.

Ancaq Ermənistan ordusunda hazırda ciddi canlı qüvvə çatışmazlığına görə, rəsmi Yerevan Kosovo və Əfqanıstandan sülhməramlı heyətini geri çəkir.

Ermənistan illər uzunu Rusiyaya əhəmiyyətini bəyan edərək, yardımlar almaqla mövcudluğunu qoruyur. Son hadisələrdə rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycanla münaqişəsinə cəlb etməyə cəhd göstərdi. Bu qurumdan erməni liderlərinə izah edildi ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Ona görə də Təşkilat bu prosesə qoşula bilməz.

İndiki mərhələdə Moskvadan əli üzülən Ermənistan hakimiyyəti çıxış yolunu NATO-da axtarmğa çalışır. Belə hesab etmək olar ki, Kreml rəsmi erməni liderlərinin bu addımını Rusiyaya qarşı satqınlıq və xəyanət kimi qiymətləndirəcək. Ermənilərin, erməniliyin, Ermənistanın həyatında Rusiyanın oynadığı başlıca rol tarixdən çoxlarına bəllidir. Ona görə də həmin amillər sadalamdan demək olar ki, erməni liderlərinin Kremlə qarşı bu davranışı ən azı nankorluqdur.

Belə qənaətə gəlmək olar ki, Ermənistan hakimiyyəti indiki şəraitdə NATO və Avropa İttifaqı ilə belə sıx əməkdaşlığa cəhd göstərərək Rusiyanın gözündə əhəmiyyətini nümayiş etdirməyə səy edir. Rusiyadan qaçaraq NATO-ya sığınmağı çıxış yolu olaraq görür. Elə Ermənistan prezidentinin keçirdiyi görüşdə çıxışı da bu təsdiqləyir. Sarkisyan görüşdə üzvü olduğu KTMT-dən Stoltenberqə giley edib. Belə ehtimal edilir ki, rəsmi Yerevan bu təşkilatın məxvi məlumatlarını da NATO-ya verməyə hazır olduğunu vəd edir.

Beləliklə, döyüşlərdə uduzan Ermənistan özü üçün yeni sponsor axtarır. NATO, bütövlükdə Qərb bloku Rusiyaya xəyanət edən Ermənistana himayədarlıq edib, qucaq açacaqmı? Moskvanın yüz ildən çoxdur bəslədiyi bir etnosu bundan sonra bu qütb bəsləyə bilərmi? Üzvü olduğu təşkilatın, strateji müttəfiqinin maraqlarını satan Ermənistanın adı bundan sonra nədir? Bu sualların cavabı isə çox sadədir. Ermənilik simasızlıq, buna qulluq edən ermənilər isə etibarsızdır. Nəhayət, Moskva hələ ki ermənilərin “göz yaşına inanmır”, növbə NATO-nundur…

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO