Tramp paralel hökumət yaradır?
ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində Cozef Baydenə məğlub olarsa rəqibini və mətbuatı tənqid etmək üçün paralel hökumət yarada bilər.
Rakus.az xəbər verir ki, “Axios” portalının mütəxəssisləri belə bir proqnozla çıxış ediblər.
Bildirilib ki, seçkilərdə mümkün məğlubiyyət Trampın Respublikaçılar Partiyasında mövqeyinə təsir etməyəcək və o 2024-cü ildə yenidən Ağ Evin başçısı kürsüsü uğrunda yarışa bilər.
“Tramp, əslində partiyanı dörd il müddətinə dondura bilər”, – materialda bildirilir.
Trampın qərargahı Viskonsin, Miçiqan və Pensilvaniyadakı seçkilərin nəticələrini qəbul etmir. Siyasətçinin vəkili Rudolf Gulianinin dediyinə görə, müşahidəçilərə bülletenləri izləməyə icazə verilməyib. Vəkil demokratları korrupsiyada, həmçinin “ölü canlar” və saxtakarların köməyi ilə səs yığmaqda günahlandırıb.