Dünya 01.05.2019 10:15

İmperator xalqa müraciət etdi

Mayın 1-də Yaponiyanın yeni İmperatoru Naruhito ictimaiyyətin nümayəndələri ilə görüşündə ilk dəfə xalqa müraciət edib.

Rakus.az xəbər verir ki, hakimiyyət rəmzlərinin yeni İmperatora təqdim edilməsindən sonra təşkil edilən mərasimdə İmperator Naruhito konstitusiyaya tam ciddiliyi ilə əməl edəcəyini, sülh işinə töhfələr verəcəyini və dövlətin və xalqın birliyinin rəmzi olaraq öz vəzifələrinin icrası üçün çalışacağını bildirib.

İmperator Naruhitonun monarx kimi xalqa ilk müraciəti milli telekanallar vasitəsilə birbaşa yayımlanıb.

Tədbirdə İmperator ailəsinin üzvləri, Baş nazir Şinzo Abe, parlamentin hər iki palatasının sədrləri, Ali Məhkəmənin sədri və yerli hakimiyyət orqanlarının rəhbərləri iştirak ediblər.

Taxta çıxdıqdan sonra ilk dəfə xalqa müraciət edən İmperator Naruhito deyib: “Yaponiya konstitusiyasına və İmperator Evinin xüsusi tədbirlər qanununa uyğun olaraq bu gün mən taxta çıxıram. Mən tam ciddiliyi ilə bu vəzifənin məsuliyyətini başa düşürəm.

Geriyə baxarkən, Əlahəzrət İmperatorun taxta çıxdıqdan sonra hər bir vəzifəsini tam ciddiliyi ilə həyta keçirərək, 30 il ərzində bütün dünyada sülhün mövcud olması və insanların xoşbəxtliyi üçün dualar etdiyini xatırlayıram. Əlahəzrət İmperatora dövlətin və xalqın birliyinin rəmzi olaraq göstərdiyi xidmətlərə görə səmimi ehtiramımı ifadə etmək istəyirəm. Taxta çıxarkən and içirəm ki, Əlahəzrət İmperatorun keçdiyi yol barədə dərindən düşünəcək, keçmiş imperatorların keçdiyi yolu xatırlyaraq, özümü kamilləşdirməyə çalışacağam. And içirəm ki, konstitusiyaya uyğun olaraq, həmişə öz fikirlərimi xalqa yönəldərək və onu dəstəkləyərək, dövlətin və xalqın birliyinin rəmzi kimi öz vəzifələrimin öhdəsindən gəlməyə çalışcağam. Xalqımızın xoşbəxtliyi və gələcək inkişafı üçün, həmçinin bütün dünyada sülhün mövcudluğu üçün səmimi dualar edirəm”.

Tədbirdə çıxış edən Baş nazir Şinzo Abe deyib: “Biz Əlahəzrətə dövlətin və xalqın birliyinin rəmzi kimi hörmətlə yanaşırıq. Radikal şəkildə dəyişən qlobal dünyada biz sülh, ümidlər ölkəsi kimi qürur duyduğumuz Yaponiyanın gələcəyini təmin etmək üçün qətiyyətliyik. Biz, həmçinin insanların qəlblərini birləşdirərək mədəniyyətlərini inkişaf etdiridiyi bir dövr qurmaq yolundayıq. Biz səmimi olaraq ümid edirik ki, Reiva dövrü sülh, əmin-amanlıq dövrü olacaq və İmperator ailəsi çiçəklənməkdə davam edəcək”.

Xatırladaq ki, İmperator Naruhitonun 59 yaşı var. O, İkinci Dünya müharibəsindən sonra anadan olan ilk monarxdır.

Eyni zamnda, bu, son 200 ildə ilk dəfə İmperatorun sağlığında taxtın yeni İmperatora təhvil verilməsidir. Müasir Yaponiya tarixində isə, ilk dəfə həm hakim, həm də taxtdan imtina etmiş İmperatorun mövcud olduğu dövrdür.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO