ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culiani seçki nəticələrinə həsr olunmuş mətbuat konfransında diqqət mərkəzinə düşüb.
Rakus.az xəbər verir ki, Trampın vəkili seçkidə böyük saxtakarlıqların edilməsi barədə sübutlarının olduğunu açıqladığı mətbuat konfransında siyasi proseslərdən kənar amillə yadda qalıb.
Belə ki, konfrans zamanı tərləyən vəkilin saçlarındakı boya axmağa başlayıb. Həmin anlar canlı yayımlanan konfransı işıqlandıran jurnalistlərin də diqqətindən yayınmayıb.