Kəlbəcər rayonunu Azərbaycana təhvil verməli olan Ermənistan ordusunun artıq son bölmələri bölgəni tərk edir.
Rakus.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, bölgəni tərk edən erməni dinc sakinləri kimi, hərbçilər də təxribatlara əl atır. Belə ki, erməni hərbçilər özlərindən sonra istifadə edilməməsi üçün hərbi hissələri, yataqxanaları və postları partladaraq məhv edir.
Bütün bu proseslərə bölgəni tərk edən birləşmələrin komandanlığı tərəfindən nəzarət olunur.