Dünya 02.12.2020 10:52

ÜST koronavirusla bağlı məlumat yaydı

Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən dörd milyon artıb. Bu əvvəlki yeddi günə nisbətən bir qədər azdır. Ölüm sayı isə təxminən 70 min artıb ki, bu, əvvəlki həftədəki göstəricidən daha yüksəkdir.

Rakus.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.

Təşkilatdan bildirilib ki, 23-29 noyabr tarixləri arasında dünyada 3 935 330 yoluxma və 69 916 ölüm qeydə alınıb. Əvvəlki yeddi gün ərzində (16-22 noyabr tarixlərində) bu göstərici müvafiq olaraq 4 060 891 və 67 221 idi.

ÜST cüzi azalmaya baxmayaraq, dünyada yoluxmanın yüksək olaraq qaldığını, ölüm hallarının isə artmağa davam etdiyini vurğulayır.

İnfeksiyaların azalması Avropada qeydə alınıb (baxmayaraq ki, bu yoluxma sayına görə Şimali və Cənubi Amerikadan sonra ikinci böyük region olaraq qalır). Ötən həftə Avropada ölüm sayı 16-22 noyabr dövrü ilə müqayisədə 5 faiz, Cənub-Şərqi Asiyada 4 faiz, Şimali və Cənubi Amerika qitəsində 2 faiz artıb.

Avropada həftə ərzində 1.57 milyondan çox yeni yoluxma hadisəsi və 35 mindən çox ölüm qeydə alınıb. Şimali və Cənubi Amerikada yoluxmuş insanların sayı 1.65 milyondan çox artıb, 22 mindən çox insan ölüb. Cənub-Şərqi Asiyada 371 mindən çox insan yoluxub, yeddi gün ərzində ölənlərin sayı isə 4.8 mini keçib.

ABŞ-da yoluxmuş insanların sayı 1.15 milyondan çox artıb, onun ardınca isə Hindistan (297 mindən çox yeni yoluxma), Braziliya (218 mindən çox), İtaliya (təxminən 184 min), Rusiya (179 mindən çox), Polşa (130 mindən çox), Almaniya (124 mindən çox), Böyük Britaniya (111 mindən çox), Ukrayna (97 mindən çox) və İran (94 mindən çox) gəlir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO