Dünya 04.12.2020 19:00

Ermənilərin ekocinayətlərlə bağlı beynəlxalq təşkilata müraciət olundu

Avropa Azərbaycanlıları Konqresi (AAK) işğaldan azad olunan ərazilərimizdə ermənilərin ekoloji cinayətlər törətməsi ilə bağlı Amsterdamda yerləşən “Greenpeace International” beynəlxalq təşkilatına müraciət edib.

Rakus.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, AAK sədri Sahil Qasımovun imzası ilə təşkilata ünvanlanan müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi, sentyabrın 27-dən başlanan müharibə nəticəsində Azərbaycanın öz ərazilərini azad etməsi və 10 noyabr 2020-ci il tarixli bəyanatla münaqişəyə son qoyulması barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, azərbaycanlıların evini qeyri-qanuni olaraq ələ keçirən ermənilər 28 il ərzində torpaqlarımızı məhv etmək taktikasını həyata keçiriblər, ərazilərimizi tərk edərkən isə evləri, bağları yandırıblar, ağacları qıraraq meşələrə od vurublar, apara bilmədikləri mal-qaranı güllələyiblər:

“Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş fosfor bombalarından istifadə etməklə meşə yanğını törətdiklərinə, təbiətə ölümcül ziyan vurduqlarına, təkcə insanlığa qarşı deyil, həm də təbiətə qarşı qəsdən cinayətə yol verdiklərinə diqqət cəlb olunub. Yandırılmış evlərdən, meşələrdən başqa, abidələr, qədim kilsələr, məscidlər, muzeylər və qəbiristanlıqlar talan edilib və dağıdılıb. Məscidlər heyvanxana kimi istifadə olunub”.

Ermənilərdən fərqli olaraq, Azərbaycan ordusu tərəfindən azad edilmiş torpaqlarda bir kilsənin də dağıdılmadığı nəzərə çatdırılıb.

Ermənilərin törətdiklərini mədəni irsimizə qarşı vandallıq aktı və bütün beynəlxalq konvensiyalara zidd ekoloji cinayət adlandıran soydaşlarımız “Greenpeace International” beynəlxalq təşkilatını Azərbaycanda ətraf mühitin bərpası və təhlükəsizliyinin təmin olunması kimi ümumi işə yardım göstərməyə çağırıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO