İran neft istehsalını artırmaq istəyir
Rakus.az xəbər verir ki, İran Prezidenti Həsən Ruhani neft istehsalını sürətlə artırmağa hazır olduqlarını deyib.
İran yanvar ayında ABŞ-da Co Baydenin prezident səlahiyyətlərinin icrasını həyata keçirməsi ilə başlayacaq yeni dövrə hazırlaşır. Yeni dövrdə İrana tətbiq olunan sanksiyaların azaldılacağı gözləntisi ilə ölkə neft hasilatını artırmağı planlaşdırır.
Prezident Həsən Ruhani 2015-ci ildəki nüvə anlaşmasından sonra İranın neft ixracını gündəlik 2 milyon barrelə çatdırdığını və neft istehsalını yenidən sürətlə artırmağa hazır olduqlarını bildirib.
O, qarşıdakı 3 ay ərzində rəsmi Tehranın mövcud gücü daxilində kəşfiyyat və hasilat üçün neft avadanlıqları hazırlayacağı deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin mayında İranla nüvə anlaşmasından çıxmış və bu ölkəyə qarşı yeni sanksiyalar elan etmişdi. Bu sanksiyaların təsiri ilə 2017-ci ildə gündəlik 2,6 milyon barel olan İranın neft ixracı 133 min barrelə geriləmişdi. İran bütün neftini Çinə ixrac edir.