Həkim və könüllülərə mükafat ödənildi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi oktyabr ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 2 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 38 nəfər könüllüyə mükafat ödəyib.
Rakus.az xəbər verir ki, Agentliyin kdən məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib.
Qərara əsasən, özəl tibb müəssisələrində çalışan 2 nəfər tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 5.6 min manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 38 nəfər könüllüyə oktyabr ayı üzrə ümumilikdə 9.5 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.