Səhiyyə 14.12.2020 11:20

TƏBİB təcili yardım sahəsində Türkiyə ilə əməkdaşlıq edəcək

Dekabrın 11-də TƏBİB-in rəhbər heyəti ilə “Türkiyə Acil Tıp Derneği”nin (TATD, www.tatd.org.tr) rəhbər heyəti arasında videokonfrans formatında görüş keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Görüşdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev qarşı tərəfə TƏBİB-in yaradılması, onun əsas vəzifə və məqsədləri, hazırkı fəaliyyəti və gələcək planları barədə geniş məlumat verib.

Bundan başqa, təxirəsalınmaz və təcili tibbi yardım xidməti (TTTYX) sahəsində Azərbaycanda olan mövcud vəziyyət və TƏBİB tərəfindən həyata keçirilməsi planlaşdırılan zəruri islahatlar barədə TATD nümayəndə heyətinə ətraflı məlumat verilib, Türkiyə və inkişaf etmiş ölkələrdəki fundamental təcili tibbi yardımın təşkilinin metodları, strategiyası müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Türkiyə tərəfinin nümayəndə heyətinin rəhbəri TATD sədri Süleyman Türedi isə öz növbəsində Dərnək haqqında Azərbaycan tərəfinə təqdimat verib. Cənab Türedi Azərbaycandakı səhiyyə sistemində aparılan islahatlara töhfə vermək məqsədilə TTTYX-nın qurulması, təşkili, kadr potensialının hazırlanması və inkişaf etdirilməsi üçün qarşılıqlı razılaşma əsasında TATD tərəfindən TƏBİB-ə zəruri dəstəyin göstərilməsinə hazır olduğunu və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə öz təkliflərini bildirib.

Tədbirin sonunda hər iki tərəf görüşdən məmnunluq hissini ifadə edib və əldə edilmiş razılaşmaya əsasən qurumlar arasında qarşılıqlı əməkdaşlığın rəsmi həyata keçirilməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO