Hadisə 14.12.2020 17:13

DYP sürücülərə yenə XƏBƏRDARLIQ etdi

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə daha bir xəbərdarlıq edilib.

Bu il texniki baxışdan keçirilməsi nəzərdə tutulan nəqliyyat vasitələrinin təxminən 45 faizi hələ də bu prosesə cəlb edilməyib. Bəzi sürücülərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində texniki baxışdan keçirilməyən nəqliyyat vasitələri idarə edildiyi halda xüsusi texniki vasitələr tərəfindən aşkarlanır və 50 manat məbləğində cərimə edilir.

Bu gündən etibarən yenidən sərt karantin dövrü başladığı üçün sürücülərin avtomobili texniki baxışa necə cəlb edəcəyi məsələsi gündəmə gəlir.

Rakus.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev bildirib ki, karantin dövründə SMS icazə ilə evdən çıxmaq mümkündür və hər kəs 3 saat müddətində avtomobilini texniki baxışdan keçirə bilər:

“Əgər sürücü avtomobili texniki cəhətdən saz vəziyyətə gətiribsə, texniki baxışdan keçirmək prosesi maksimum 15-20 dəqiqə vaxt aparır.

Nazirlər Kabinetinin 8 dekabr tarixli 488 nömrəli Qərarına əsasən, vətəndaşlar sərt karantin dövründə dövlət xidmətlərindən istifadə edərkən hər hansı gecikmə halları yaranarsa, o zaman həmin vətəndaşa bununla bağlı arayış veriləcək. Bu arayış təqdim edildiyi təqdirdə heç kim yolda karantin qaydasını pozduğuna görə cərimə edilməyəcək.

Yəni, bu xidmətlərdən istifadə etmiş vətəndaş hər hansı səbəbdən ləngiyərsə, o halda ona geriyə, yaşayış yerinə qayıtmasını müəyyən edən müvafiq arayış veriləcək”.

N.Piriyev əlavə edib ki, xüsusi texniki vasitələr işləyir və nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdikdə cərimə tətbiq olunacaq:

“Əgər texniki baxışla bağlı SMS gəlibsə, o zaman sürücü 20 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir. Maşından istifadə edirlərsə, düşünürəm ki, 3 saatlıq harasa gedəndə texniki baxışa da vaxt ayırmaq olar. Nəzər almaq lazımdır ki, yolda xidmət edən əməkdaş kimisə nəzərə alsa belə, kameralar heç kimi nəzər almır və qayda pozulduğu halda cərimə yazılacaq”.

Şöbə rəisi sonda onu da əlavə edib ki, hazırda Zabratda və Qaradağ rayonu ərazisində texniki baxış məntəqələri hər gün fasiləsiz fəaliyyət göstərir. Növbə olmadığı üçün rahat şəkildə hər bir şəxs avtomobilini texniki baxışa təqdim edə bilər.

Bu il ilk dəfə texniki baxışa cəlb olunan avtomobillər 2015-ci ildə istehsal olunan nəqliyyat vasitələri olacaq.

Bundan əlavə, 2013, 2011, 2009-cu ildə istehsal olunan avtomobillərin də texniki baxış vaxtı bu ildir. İstisna hallar da var. Bu da onunla bağlıdır ki, yeni qaydalara görə, hər bir nəqliyyat vasitəsi ötən il hansı ayda texniki baxışdan keçirilibsə, bu il həmin ayın həmin günündə texniki baxış müddəti bitir. Qanunla, həmin maşının texniki baxışdan keçirilməsinə əlavə olaraq 20 gün vaxt verilir.

Texniki baxışla bağlı bütün bilgiləri əldə etmək üçün Asanpay.az saytında elektron kabinet yaratmaqla SMS məlumat əldə etmək və texniki baxışın tarixçəsinə nəzarət etmək mümkündür.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO