Smartfon bazarını “5G” modellər tutacaq
Tayvanın “Market Intelligence & Consulting Institute” (MIC) Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri beşinci nəsil mobil rabitə (5G) texnologiyasını dəstəkləyən smartfonların sürətlə populyarlaşacağını proqnozlaşdırıblar. 2021-ci ildə qlobal smartfon bazarında “5G” modellərin payı 40 faiz təşkil edəcək.
Rakus.az xəbər verir ki, analitiklərin məlumatına görə, cari il dünyada tədarük edilmiş “5G” smartfonlarının sayı təxminən 228 milyon təşkil edəcək. Bunu nəzərə alaraq qlobal bazarda “5G” qurğuların bazar payı təxminən 18 faiz olacaq.
“2021-ci ildə 2 dəfədən çox artım gözlənilir. “5G” smartfonların tədarük həcmi 539 milyonadək artacaq, bazar payı isə 39,8 faizədək yaxınlaşacaq”, – deyə analitiklər bildiriblər.
2022-ci ildə “5G” smartfon çeşidinin genişlənməsi fonunda onların sayı 800 milyona yaxınlaşacaq, bazar payı isə 50 faizi ötəcək.