DİN: 15 koronavirus xəstəsi saxlanıldı
COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət olunur.
Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, dekabrın 25-də respublika ərazisində 15 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Onlardan 13 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 2 nəfər xəstəxanaya yerləşdirilib.
Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 13 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.