İlon Mask Marsda qəsəbə yaradır
İlon Maskın internet layihəsi olan “Starlink” peykinin istifadəçi razılaşması bəndlərindən birinin ciddi qəbul edilib-edilməməli olduğu maraq doğurur.
Rakus.az xəbər verir ki, hüquqşünaslardan və beynəlxalq hüquq mütəxəssislərindən bu barədə rəy alınıb.
Sənəddən belə çıxır ki, hər bir internet istifadəçisi gələcək Mars koloniyalarının suverenliyini tanımalıdır.
Məsələn, 2016-cı ilin dekabrında amerikalı milyarder öz səhifəsində tıxaclarda “dəli olmamaq üçün” tunel qazan maşın yaradacağını yazıb. Başlanğıcda bu, tıxacda qalmış bir insanın sadəcə duyğusal bir şərhinə bənzəyirdi, lakin daha sonra İlon Mask “The Boring Company” şirkətini qurdu və həqiqətən Los-Anceles yaxınlığında bir tunel yaratdı.
Maskın Marsda bir qəsəbə yaratmaq planlarını dəfələrə elan etməsi də az əhəmiyyət daşımır.
Hüquqşünaslar bildirib ki, müqavilənin qeyri-adi bəndini o zaman zarafat hesab eləmək olar ki, o, peyk internetinin sınaqlarından sonra istifadə şərtlərinin final versiyasında yox olsun.