Bostonda vaksin allergiya yaratdı
ABŞ-ın Boston şəhərində (Massaçusetts ştatı) həkimə vurulan “Moderna” şirkətinin hazırladığı koronavirus peyvəndi kəskin allergik reaksiyaya səbəb olub.
Rakus.az xəbər verir ki, peyvənd yerli xəstəxanaların birində çalışan həkimə vurulub.
Bir neçə dəqiqədən sonra o allergik reaksiya hiss edib və buna görə də ona allergiya əleyhinə dərman vurulub. Həkim təcili yardım şöbəsinə yerləşdirilib, orada müayinə olunub və bir müddət sonra evə buraxılıb.
Onun artıq özünü yaxşı hiss etdiyi qeyd olunur.
“Moderna” şirkətindən bildirilib ki, bu hadisəni araşdırmağa hazırdırlar, lakin yeganə allergik reaksiya hadisəsi ilə bağlı şərh verməyə hazır deyillər.
Bu “Moderna” peyvəndinə qarşı ilk allergik reaksiya hesab olunur.
Daha əvvəl ABŞ-da, “Pfizer” və “BioNTech” tərəfindən ortaq şəkildə hazırlanan peyvəndə qarşı da allergik reaksiya halları olub.