Dörd ölkədə koronavirusun yeni növü aşkarlandı
Yeni koronavirus ştammı artıq Kanada, Norveç, İordaniya və Cənubi Koreyada da aşkarlanıb.
Rakus.az xəbər verir ki, digər ölkələr infeksiyanın sərhədlərindən kənarda qalması üçün tələsik addımlar atırlar.
Kanadada artıq COVID-19-un daha yoluxucu forması dörd nəfərdə qeydə alınıb.
Tunis hökuməti də Cənubi Afrika, Britaniya və Avstraliyadan uçuşları dayandırıb.
Bundan əlavə, Tunisdə komendant saatı yanvarın ortalarına qədər uzadılıb və Yeni il tədbirləri də daxil olmaqla kütləvi toplantılar qadağandır. Qanunu pozanlara cərimə və altı aya qədər həbs cəzası tətbiq edilir.
Afrikada bir çox dövlət tətil günlərində tədbirləri sərtləşdirib. Cənubi Afrika və Zimbabve yığıncaqlarını məhdudlaşdırıb, Keniya və Fasda komendant saatı uzadılıb. Qeyd edək ki, Afrikada koronavirus peyvəndləri yalnız gələn ilin ortalarından istifadə ediləcək.