Fransa təcridolma rejiminin tətbiqinə keçir
Fransada COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə yaradılmış Müdafiə Şurası bu gün yenidən toplaşıb.
Rakus.az xəbər verir ki, virtual keçirilən toplantının məqsədi ölkədə yaranmış vəziyyəti müzakirə edərək, yeni tədbirlər haqqında fikir mübadiləsi aparmaqdır.
Fransanın bir neçə departamentində pandemiya ilə bağlı vəziyyətin gərgin olduğu bildirilir.
“Əhalini qorumaq üçün lazım ola biləcək tədbirləri heç vaxt istisna etmirik”, – deyən səhiyyə naziri Olivye Veran hökumətin yeni təcridolma rejiminə müraciət edəcəyinin istisna olunmadığını diqqətə çatdırıb.
Səhiyyə üzrə mütəxəssislər ölkədə yeni təcridolma rejimini tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirir və növbəti təcridolma rejiminin 15 gündən 3 həftəyə qədər davam etməsini təklif edirlər.