Hülusi Akar Qarabağda qurulacaq Ortaq Mərkəzdən danışdı
Türkiyə Milli Müdafiə naziri Hülusi Akar Bakıda türkiyəli əsgərlərlə görüşdə Qarabağda Rusya ilə birgə qurulacaq Ortaq Mərkəz barədə danışıb.
Rakus.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında qeyd edilir.
Bu məsələni həll etmək üçün işimizi davam etdiririk. Çünki millətimiz nəcib, ədalətli, insani dəyərlərə, ətraf mühitə və günahsız insanlara çox həssasdır. Biz yalnız terrorçularla və ya əsgərlərlə mübarizə aparırıq. Biz o satqın və alçaqlar kimi Azərbaycan şəhərlərinə raket atanlardan, Xocalıda qətliam törədənlərdən deyilik.
Bölgəni ən qısa müddətdə təhlükəsiz vəziyyətə gətirmək və bütün insanları Azərbaycan dövlətinin qanunları çərçivəsində təhlükəsiz yaşamaları üçün bütün səylərimizi göstərdik və buna davam edəcəyik. Bu Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və Türkiyə-Rusiya əsgərləri ilə birlikdə çalışaraq, azərbaycanlı qardaşlarımızın hüquqlarını və qanunlarını qorumaq vəzifəmizi yerinə yetirəcəyik”.