Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycana qarşı törətdiyi dəhşətli cinayətlərlə bağlı geniş məktub dərc edib.
Rakus.az xəbər verir ki, təhlükəsizlik Şurasının Baş Məclisinə ünvanlanan məktub nümayəndəliyin “Twitter”də paylaşılıb.
Məktubda şəhərlərin qəsdən bombalanması, mülki şəxslərə qarşı qadağan edilmiş sursatların istifadəsi, mülki ərazilərdə minaların basdırılması, əmlakın və mədəni irsin məhv edilməsindən bəhs edilir.