Avropanın 22 ölkəsində koronavirusun yeni növü yayıldı
Koronavirusun yeni ştammı 22 Avropa ölkəsində aşkar edilib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Kluge Kopenhagendə “Facebook” vasitəsilə yayımlanan brifinqdə açıqlayıb:
“Bütün viruslar kimi, COVID-19 virusu da zaman keçdikcə dəyişdi. SARS CoV-2-nin (VOC) daha təhlükəli variantının təsirləri ilə bağlı narahatlıqları anlayıram”.
“SARS CoV-2 bütün yaş kateqoriyalarında qeydə alınıb. Uşaqlar yüksək risk qrupuna aid deyillər. Virusun yeni variantını Böyük Britaniyada və Danimarkada olduğu kimi zamanla başqa viruslar da əvəz edə bilər”.
ÜST-nin Avropa Regional Bürosunun məlumatına görə, 2020-ci ildə bölgənin 53 ölkəsində 26 milyon təsdiqlənmiş COVID-19-a yoluxma hadisəsi və virusdan 580 mindən çox ölüm qeydə alınıb. 2021-ci ilin əvvəlində Avropa regionunda 230 milyondan çox insan tamamilə təcrid olunmuş ölkələrdə yaşayır və bir sıra digər ölkələr gələn həftə yeni məhdudiyyətlər elan etmək niyyətindədir.