Elm və təhsil 04.05.2019 15:46

BDU studiyası əsl məktəbdir – Tələbə yazır - FOTO

 

Üç ildir ki, artıq mənim üçün doğma məkana çevrilən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıram. Bir tələbə kimi deyə bilərəm ki, peşəkar jurnalistlər yetişdirməyi qarşısına məqsəd qoyan bu fakültədə təkcə nəzəriyyə ilə kifayətlənilmir, həm də gənc jurnalistlərə təcrübi bilik və bacarıqlar öyrədilir. Dörd illik təhsil müddəti ərzində tələbələrin öyrəndikləri nəzəri bilikləri əyani surətdə tətbiq etmələri üçün fakültəmizdə “Jurnalist” qəzeti, “Jurnalistika.info” saytı ixtiyarımıza verilib. Eyni zamanda burada illərdir ki, təlim-tədris studiyası fəaliyyət göstərir. Studiyada tələbələr öz verilişlərini hazırlayır, efir mədəniyyətinin sirlərinə yaxından bələd olurlar. Əlbəttə, bu işdə studiyada çalışan professional kollektiv üzvləri köməyə gəlir.

Fakültənin radio-televiziya kafedrasının müəllimi, studiya müdiri Ramin Rzayev və kollektivin digər  üzvləri təkcə özlərinin yüksək insani keyfiyyətləri ilə yox, həm də konkret sahənin mütəxəssisləri kimi tələbələrin əksəriyyətinin sevgisini, rəğbətini qazanmağı bacarıblar. Elə studiyada ərsəyə gətirilən proqramların sayının günü-gündən artmasının səbəbi də birbaşa olaraq peşəkar kollektivin öz işini layiqincə yerinə yetirməsidir. Təsadüfi deyil ki, iş vaxtının hansı saatından asılı olmayaraq adətən studiyada gərgin iş prosesi gedir. Ya veriliş çəkilir, ya montaj prosesi gedir, ya da studiya işçiləri həvəsli tələbələrlə öz bilik və bacarıqlarını bölüşürlər. Verilişlər tam hazır olduqdan sonra isə BDU studiyanın YouTube kanalında yayımlanır və böyük bir tamaşaçı auditoriyasına təqdim olunur. Sevindirici məqam ondan ibarətdir ki, hətta digər fakültələrdə təhsil alan tələbələr də bəzi hallarda öz verilişlərini hazırlamaq üçün studiyamıza üz tuturlar. Studiyada onların heç birinə fərq qoyulmadığının, öz işini bilən kollektivin həvəsi, marağı olan gənclərə maksimum köməklik göstərdiyinin şəxsən şahidiyəm.  “Uğurun alqoritmi”, “Sport Up”, “Üçüncü mərtəbə” kimi verilişlər nəinki universitetin müəllim-tələbə heyətinin, eləcə də, konkret mövzu ilə maraqlananların səbrsizliklə gözlədikləri, həvəslə izlədikləri proqramlardandır.

Yüksək keyfiyyətli verilişlərin hazırlanması üçün BDU studiyada hər cür şərait var – montaj otağı, səsyazma kabineti, kiçik mühazirə auditoriyası və, şübhəsiz ki, işıqlı, səliqə-səhmanlı studiya. Necə deyərlər, bura gələn bir daha gəlmək istəyir, içəri girən çıxmaq istəmir. Studiyadakı böyük aparatura sistemləri sanki bura gələnləri ovsunlayır. Yadıma gəlir ki, aparıcısı olduğum “İdmançı” verilişinin ilk qonağı olmuş cüdo üzrə kişilərdən ibarət yığma komandamızın sabiq baş məşqçisi, Əməkdar məşqçi Fərhat Məmmədov studiyanı görər-görməz demişdi: “Maşallah, heç məşhur telekanallarda belə şərait yoxdur.” Hə, yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə “İdmançı”nın bir yaşı oldu. Ötən bir il ərzində studiyadakılardan, həqiqətən, çox şeylər öyrənmişəm-nitq mədəniyyətindən tutmuş, sualların tərtib olunmasına, operatorluqdan tutmuş montaja qədər…Təkcə mən yox, studiya ilə az-çox əlaqəsi olan bütün tələbə-jurnalistlər etiraf edə bilərlər ki, BDU TV-radio bizim üçün əsl məktəbdir.

İndiki tələbələrin böyük bir hissəsi, yəqin ki, gələcəkdə müxtəlif KİV orqanlarında çalışacaqlar. Əlbəttə, televiziyalara, radiolara üz tutanlar da olacaq. İşləyəcək, öz işləri ilə hətta digərlərinə də nümunə olacaqlar. Yalnız ona görə yox ki, onlar həmin vaxt böyük bir jurnalist nəsli yetişdirmiş BDU-nun Jurnalistika fakültəsinin məzunu adını qazanacaqlar, həm də ona görə hər biri BDU TV-nin yetirməsi olacaq, televiziya, radio işinin əlifbasını məhz burada öyrənəcəklər.

Şüşələrin o tərəfində o qədər gözəl bir həyat var ki – musiqi ilə, görüntü ilə, səs lövhələri ilə dolu bir həyat…Təcrübəli mütəxəssislərin, həvəsli tələbələrin olduğu peşəkarların məkanıdır BDU studiya…

 

Kənan Novruzov,

BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

XƏBƏR LENTİ
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO