Türkiyədə inflyasiyanı nəzarətə almaq mümkün olacaqmı?
“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin uzunmüddətli kredit reytinqini “B +” səviyyəsində təsdiqləyib.
Rakus.az xəbər verir ki, kredit reytinqinin proqnozunu isə dəyişdirməyərək “sabit” saxlayıb.
“Koronavirus pandemiyasına rəğmən ötən il Türkiyə iqtisadiyyatı kredit təşviq paketinin təsiri ilə 0,9 % böyüyüb. Bununla da, 2020-ci ildə Türkiyə iqtisadiyyatı böyüyən azsaylı inkişaf etməkdə olan bazar iqtisadiyyatlarından biridir”, – Agentliyin açıqlamasında bildirilir.
Türkiyənin pul siyasətinin 2020-ci ilin sonuna doğru dramatik bir şəkildə dəyişdiyinə diqqət çəkən S&P bildirib ki, son dövrlərdə atılan addımlar davam etsə yüksək inflyasiyanı nəzarət altına almaq mümkün olacaq.
Belə ki, Agentlik bu il Türkiyədə illik inflyasiyanın 12,5 %, 2022-ci ildə 8,7 %, 2023-2024-cü illərdə isə 8 % səviyyəsində olacağını proqnozlaşdırır.