Dünya 02.04.2021 10:29

Ermənistanın cinayətlərinə dair ABŞ-da film çəkildi - VİDEO

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə, xüsusilə Azərbaycanın mədəni irsinin və yaşayış məkanlarının yer üzündən silinməsi siyasətinə həsr olunmuş ingilis dilində qısa film hazırlanaraq geniş yayılıb.

Rakus.az xəbər verir ki, konsulluğun məlumatına görə, filmdə 2020-ci ildə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edildiyi və nəticədə təxminən 30 il ərizində Ermənistanın həmin ərazilərdə törətdiyi misli görünməmiş dağıntıların və mədəni irsimizi məhv etmə siyasətinin miqyasının daha aydın olduğu qeyd olunur.

Vurğulanır ki, bu müddətdə demək olar hər bir kənd və şəhər, azərbaycanlıların bütün evləri qarət olunaraq tamamilə yerlə-yeksan edilib.

Qeyd olunur ki, vaxtilə azərbaycanlıların sıx yaşadığı, inkişaf edən şəhərlər olan Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digərləri işğal olunduqdan sonra Ermənistan tərəfindən yer üzündən siliniblər. Ermənistanın həmin ərazilərdə saysız-hesabsız minalar yerləşdirdiyi və bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyi diqqətə çatdırılır.

Bundan başqa, filmdə Ermənistanın Qarabağda Azərbaycan mədəniyyəti və tarixinə məxsus bütün izləri yox etmək məqsədilə oradakı tarixi və mədəniyyət abidələrimizi sistemli şəkildə məhv etdiyi bildirilir. 67 məsciddən 63-nün təhqir edilərək dağıdıldığı və Zəngilan məscidi, Ağdamdakı Cümə məscidi və Qubadlıdakı Məmər məscidi də daxil olmaqla, bir çox məscidlərimizdə mal-qara və donuz saxlanıldığı qeyd olunaraq, bu cinayətləri göstərən foto və videolar təqdim olunur.

Filmdə vurğulanır ki, ümumilikdə 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən 927 kitabxana, 44 məbəd, 473 tarixi abidə, saray və muzey məhv edilib.

Sonda Ermənistanın bu dəhşətli cinayətlərə görə cavab verməli olduğu bildirilir.

Qeyd edək ki, “Facebook” və “Twitter” sosial şəbəkələrində geniş yayılan film Baş Konsulluq tərəfindən ABŞ Konqresinin üzvlərinə, xüsusilə ermənipərəst mövqeləri ilə seçilən senator və konqresmenlərə, eləcə də Kaliforniyanın və digər Qərb ştatlarının qanunvericilərinə, həmçinin KİV-lərə, dini və etnik icmalara, elm və mədəniyyət xadimlərinə və müxtəlif təşkilatlara göndərilib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO