Türkiyədə istefada olan 10 admiral həbs olundu
Türkiyədə Montrö konvensiyası ilə bağlı yayılan bildirişi dəstəkləyən istefada olan 10 admiral şübhəli şəxs qismində tutulub, daha 4 şübhəliyə isə 3 gün ərzində polisə müraciət etmələri üçün birldiriş göndərilib.
Rakus.az xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu açıqlama yayıb.
Bildirilib ki, şübhəlilər “103 admiraldan Montrö bildirişi” başlığı altında internet saytlarında və sosial şəbəkədə yayılan bildirişi dəstəkləyiblər. Onlar dövlətin təhlükəsizliyinə və Konstitutisyasına qarşı suç işləməkdə ittiham olunurlar.
Qeyd edək ki, Montrö konvensiyası 1936-cı ildə Türkiyənin Bosfor və Dardanel boğazlarında, Qara dənizədən Aralıq dənizinə kimi su hövzəsində suverneliyinin bərpası haqqındadır. Sənəd 1936-cı il iyulun 21-də İsveçrənin Montrö şəhərində imzalanıb. Konvensiyanı Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Avstraliya, Yaponiya, keçmiş SSRİ və Yuqoslaviya imzalayıb.
Xatırladaq ki, aprelin 4-də istefada olan 103 admiral adından yayılan bildirişdə Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırıblar. Onlar hesab edib ki, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib. Onlar bildirib ki, Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək “İstanbul” kanalı layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.
Aprelin 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələyə münasibət bildirəcəyi gözlənilir.