“Gəlin, media sahəsində əməkdaşlığımızı birləşdirək”
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun türk dünyasına qarşı məqsədli dezinformasiya kampaniyası aparıldığını bəyan edib.
Rakus.az xəbər verir ki, F.Altun Türk Şurası informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib ki, qurum atdığı hər addımda həqiqətə xidmət etməyə çalışır.
O, rəqəmsal faşizmin təhdid olduğunu da diqqətə çatdırıb: “Biz Türkiyə olaraq bununla mübarizə aparmağa başlamışıq. Gəlin, birlikdə yeni dövrün fürsətlərindən yararlanaq. Media sahəsində əməkdaşlığımızı birləşdirək”, – Türkiyə rəsmisi deyib.
F.Altun bildirib ki, hazırda türk dünyasına təhdidlərin başında FETÖ durur. O, FETÖ-nün virus kimi türk dünyası ölkələrinə yayıldığını da vurğulayıb.