Gürcüstanda Qarabağla bağlı müzakirələr başladı
Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ilə bağlı müzakirələr başlayıb.
Rakus.az xəbər verir ki, “Report”un Gürcüstan bürosu xəbər verir ki, müzakirələrdə ölkənin Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri və deputatlar iştirak edirlər.
Mətbuata qapalı iclasda Ukraynadakı hadisələrin inkişafı da nəzərdən keçiriləcək.
Bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq.
Rakus.az xəbər verir ki, müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq.
Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək.
Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.