Dünya 12.04.2021 23:00

Türkiyə-Ukrayna əməkdaşlığı – Qərbin təhlükəsizlik təminatı – TƏHLİL - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün kritik bir dövrdə Türkiyəyə səfər edib. O, aprelin 10-da baş tutan və səfər zamanı keçirilən 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələlərini müzakirə edib. Yeri gəlmişkən, Türkiyənin dövlət başçısı 2020-ci ilin fevralında 8-ci Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Kiyevə səfər etmişdi. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, dövlətlərin ərazi bütövlüyünün təmin olunması və toxunulmazlığı onlar üçün başlıca prinsiplərdəndir. Türkiyə bunu bütün dövlətlərə, o cümlədən qonşuları Suriya, İraq, Azərbaycan, Gürcüstan və başqalarına münasibətdə qoruyur. Rəsmi Ankara Ukrayna ilə də həmin prinsipin qorunması əsasında əlaqələrini qurub, əməkdaşlıq edir.

Ukraynanın ərazi bütövlüyünün qorunması məsələsi 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ-ın dövlət başçıları tərəfindən imzalanan memorandumu bir daha yada salır. Həmin sənədə əsasən, Ukrayna ərazi bütövlüyü və suverenliyinin təmin olunması qarşılığında tabeliyindəki nüvə başlıqlarını təhvil verib. Fransa və Çin də sonradan bu memoranduma qoşulmuşdu. Deməli, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qarantı olaraq atom silahına malik 5 dövlət çıxış edib. Bu ölkənin ərazi bütövlüyünün pozulması həmin dövlətlərin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi anlamına da gəlir. Odur ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması beynəlxalq hüquq normalarına tam uyğundur. Bu baxımdan Türkiyənin mövqeyi daha ədalətli və qanuni sayılır. Rəsmi Ankara bu qonşu ölkənin ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, Rusiya tərəfindən ilhaq edilən Krım məsələsini və oradakı yerli sakinlərin, türklərin (Krım tatarlarının) hüquqlarını da müdafiə edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır. Qeyd edək ki, Krım əvvəllər Osmanlı dövlətinin ərazisi olub. 1783-cü ildə II Yekaterinanın zamanında Rusiyaya ilhaq edilib. Osmanlı isə bu itki ilə razılaşmasa da, 1792-ci ildə Krımın Rusiyaya birləşməsini müqavilə ilə qəbul etməyə məcbur olub. Sonrakı dövrlərdə bu yarımada Osmanlının nəzarətinə keçsə də, yenidən Rusiyaya tabe olub. Sovetlər dönəmində bir müddət Rusiya Federasiyasının tərkibinə daxil olsa da, sonralar onu Ukraynanın ərazisinə qatıblar.

Budapeşt anlaşmasında yarımada bu dövlətin tərkib hissəsi olaraq qəbul edilib. Türkiyə yerli əhali olan Krım türklərinin də hüquqlarını təbii olaraq müdafiə edir. Rusiyanın tərkibində olandan yerli sakinlər olan tatarlara zülm edilib. 1944-cü il mayın 18-də keçmiş SSRİ-nin lideri Stalinin əmri ilə onlar bir gecənin içində öz ev-eşiklərindən didərgin salınaraq Krımdan Orta Asiya respublikalarına sürgün ediliblər.

Bu kimi problemlərlə üzləşən Ukrayna hakimiyyəti beynəlxalq ictimaiyyətdən yardım da istəyib. Regionda vəziyyət gərinləşir: Rusiya Ukrayna ilə sərhədə hərbi qüvvə toplayır, Donbasda separatçıların hərbi aktivliyi artır. ABŞ Qara dənizə döyüş gəmilərini göndərir, ABŞ-ın dövlət katibi Entoni Blinken Brüsselə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün səfər edir və s. Göründüyü kimi, Zelenski belə bir mürəkkəb vəziyyətdə səfər edib.

Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra tərəflər ortaq bildiriş yayımlayıb. Həmin açıqlamanın bəzi müddəalarını qeyd edirik:

– Ukraynanın ərazi bütövlüyü və müstəqiliyinin qeyd-şərtsiz dəstəklənməsi təsdiq edilir;

– Krım Muxtar Respublikası, Sevastopol şəhəri, Donetsk və Luqansk bölgələrinin işğaldan azad edilməsi məsələsinin əlaqələndirilməsi davam edir;

– Krımın Rusiya tərəfindən qanunazidd və qanunsuz olaraq ilhaqını həll etmək üçün “Krım Platforması”nın yaradılmasına dəstək vermək;

– Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının qorunması, hüquqa zidd olaraq tutulan Krım tatarları da daxil olmaqla Ukraynanın bütün vətəndaşlarının sərbəst buraxılması məqsədilə beynəlxalq aləmdə fəaliyyəti davam etdirmək və s.

Beləliklə, Zelenskinin səfəri və əldə edilən razılaşmalar sübut etdi ki, Türkiyə başqalarından fərqli olaraq beynəlxalq hüquqa və normalara hörmət edir. Rəsmi Ankara dünyadakı münaqişələin həllinə yardım etməyə çalışır. Türkiyə bir daha sübut edir ki, regional əməkdaşlıq qarşıdurmalardan daha faydalıdır. Rəsmi Ankara Ukrayna məsələsinə yanaşma ilə münaqişələrin həllində ədalətli mövqeyini nümayiş etdirir. Türkiyənin Rusiya ilə yaxın iqtisadi əməkdaşlığı var. Qərb Moskva ilə yaxın münasibətinə, eləcə də “S-400” raket kompleksini aldığı üçün onu təhdid edir, ona sanksiya tətbiq olunur. Ancaq rəsmi Ankara beynəlxalq anlaşmalara və ikitərəfli müqavilələrə sadiqliyini sübut etməklə etibarlı tərəfdaş olduğunu isbatlayır. Başqa sözlə, Rusiya ilə hərbi, iqtisadi, energetika və turizm kimi sahələrdə əməkdaşlıq etməsi ona Ukraynanın ərazi bütövlüyünü müdafiə etməyə mane olmur. Rəsmi Ankara bu addımı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsində də atır. Bu münaqişələrin həllinə Türkiyənin obyektiv yanaşmasının göstəricisi sayılır. Ukraynadakı hadisələr münaqişələrin həllinin vacibliyini bir daha təsdiqləyir. İki ölkə arasında əməkdaşlıq bu məsələlərə təkan verir. Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsi, Qərbin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin və NATO-nun təhlükəsizliyidir. Türkiyənin Ukrayna ilə münasibətləri bu prinsipə xidmət edir.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO