Yaponiyanın ən güclü Atom Elektrik Stransiyası (AES) “Kasivadzaki-Kariva”nın təsbit edilən təhlükəsizlik pozuntuları səbəbiylə fəaliyyətinə qadağa qoyulub.
Rakus.az xəbər verir ki, qərar Yaponiyanın Atom Enerjisinə Nəzarət Dövlət Komitəsi tərəfindən qəbul edilib.
Bildirilib ki, AES xüsusilə terrorçuların hücumlarından kifayət qədər qorunmur.
Stansiyanın sahibi “Tokyo Electric Power” enerji şirkətinə reaktorlara nüvə yanacağının çatdırılması və yüklənməsi qadağan edilib.
Qeyd edilir ki, Yaponiya atom enerjisi tarixində ilk dəfə belə bir tədbir görülür.