Dünya 16.04.2021 13:07

Metyu Brayza ATƏT-in Minsk qrupunu obyektiv struktur saymır

BŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzanın da daxil olduğu beynəlxalq nümayəndə heyəti bir gün əvvəl Azərbaycanın azad edilmiş ərazilərini ziyarət edib. ADA Universitetinin təşkil etdiyi səfər zamanı diplomat Azərbaycanın Ağdam rayonunda olub.

Rakus.az xəbər verir ki, Metyu Brayza Caliber.Az-a verdiyi müsahibədə azad olunmuş ərazilərə səfər təəssüratlarını bölüşüb və ATƏT-in Minsk qrupunun fəallaşmasını qiymətləndirib:

“Bəli, bu yaxınlarda Ağdamda oldum. Bir vaxtlar çiçəklənən gözəl şəhərin məhvinin miqyası məni heyrətləndirdi. Və bu hansısa döyüş əməliyyatları zamanı baş verməyib. Müharibə bitdikdən sonra (Birinci Qarabağ – red.) Ağdamı işğal edən erməni tərəfi şəhəri sadəcə olaraq məhv etməyə qərar verdi. Bu bir növ məhvin barbarcasına təşkili, əmlakın, evlərin qarəti idi”.

ATƏT-in Minsk qrupu həmsədrlərinin son açıqlamasına (hansı ki, yeni məzmun yox idi) toxunan həmsöhbətimiz mətndə lazımi təfərrüatların və ya hər hansı bir əhəmiyyətli mənanın olmadığını qəbul edib.

“Düşünürəm ki, onların sadəcə hazırda şərh edəcək heç bir məqam yoxdur. ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Qarabağ münaqişəsi artıq həll edilib. Minsk Qrupu münaqişəyə həll yolu tapmaq üçün yaradılmışdı. Həll tapılıb və bu səbəbdən Minsk Qrupunun hələ heç bir işi yoxdur. Prezident İlham Əliyev həmsədrləri münaqişədən sonrakı yeni vəziyyətdə hansı faydalı iş görə biləcəklərini düşünməyə dəvət etdi”, – müsahib bildirib.

Metyu Brayza qeyd edib ki, erməni tərəfi, əlbəttə ki, münaqişənin hələ həll olunmadığını göstərmək istəyir:

“Onlar bəzi hüquqi məsələləri, Qarabağın mümkün “statusunu” (dırnaq işarəsi bizimdir – red.) müzakirə etmək şansının olduğunu düşünürlər. Mən bunun mümkün olacağına əmin deyiləm. Beləliklə, Minsk qrupunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası kimi başqa işlərlə məşğul olması gərəkdir. Ancaq həmsədrlər hələ nə edəcəyini bilmədikləri üçün mənasız açıqlamalar yayımlayırlar. Qeyd etmək istərdim ki, bir vaxtlar ATƏT-in Minsk qrupunun işində iştirak etdiyim zaman açıqlamalara çox detallar qoyurduq, nəsə baş verirdi, bir irəliləyişə yaxınlaşırdıq və müvafiq şəkildə ölkələri istiqamətləndirməyə çalışırdıq”.

– ATƏT-in Minsk qrupunun, məsələn, Fransanın mövqeyini nəzərə almaqla obyektivliyi barədə nə düşünürsünüz?

– Düşünürəm ki, Fransanın mövqeyi ATƏT-in Minsk Qrupunu obyektiv bir struktur kimi qəbul etməyə imkan vermir. Fransa Xarici İşlər naziri Le Drianın Qarabağın statusunun danışıqlar mövzusu olması barədə açıqlamasını xatırlayın. O, bunu 10 Noyabrı Bəyanatından dərhal sonra söylədi. Beləliklə, ya Fransa yenidən necə obyektiv görünə biləcəyini düşünməlidir (hansı ki, demək olar ki, qeyri-mümkün olduğunu düşünürəm), ya da bəli, digər ölkələr də danışıqlar qrupuna əlavə edilməlidir. Ermənistanın Türkiyəni də daxil etməyə razı olacağını düşünmürəm, amma Azərbaycan açıq şəkildə Fransanı Qrupda görmək istəmir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO