Ermənistanın baş prokurorluğu Sünik vilayətində Baş nazir Nikol Paşinyana qarşı etirazlarla bağlı cinayət işi qaldırıb.
Rakus.az xəbər verir ki, müvafiq qərar yerli icra hakimiyyətinin iclası zamanı səsləndirilib. Paşinyan iclasın videoyazısını özünün “Facebook” səhifəsinə yerləşdirib.
Qeyd olunur ki, cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsinə (xuliqanlıq) əsasən qaldırılıb.
Xatırladaq ki, Ermənistanın Baş nazirinin Sünik vilayətinə səfəri etirazlara səbəb olub. Etirazçılar baş nazirin olduğu avtomobilin yolunu bağlayıb. Hətta onlardan biri baş nazirin cangüdənlərinin avtomobilinin üzərinə çıxıb. Aksiya iştirakçıları Nikol Paşinyanın Mehri şəhərini tərk etməsini tələb ediblər. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb.