Dünya 24.04.2021 18:20

Britaniya hökumətinə və beynəlxalq təşkilatlara müraciət olundu

Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları Cəmiyyəti, Beynəlxalq Azərbaycan Cəmiyyəti və Birləşmiş Krallıq – Azərbaycan Alyansı Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq bu ölkədəki beynəlxalq təşkilatlara müraciət edib.

Rakus.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Fəridə Pənahova və Vüqar Axundovun adından Böyük Britaniya Xarici Əlaqələr Komitəsinin üzvlərinə, “HALO trust” təşkilatına, BMT-nin, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Birləşmiş Krallıqdakı nümayəndəliyinə ünvanlanan müraciətlərdə ötən il 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyinə, lakin, təxminən, 30 ilə yaxın öz doğma el-obalarından didərgin düşən həmyerlilərimizin indiyədək öz evlərinə dönə bilmədiyinə diqqət cəlb edilib. “Erməni silahlı qüvvələri işğaldan azad olmuş ərazilərə minlərlə minalar yerləşdiriblər. Minalar isə gözə görünməyən qatil kimidir, hərbçi və mülki sakini, təəssüf ki, bir-birindən fərqləndirmək xüsusiyyətinə malik deyil”.

Azərbaycanın bu istiqamətdə müəyyən ciddi addımlar atdığı və bu təhlükənin aradan qaldırılmasına çalışdığı, lakin Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minalar səbəbindən həsrət qaldıqları torpaqları görmək üçün işğaldan azad olunmuş ərazilərə səfərlər edən Azərbaycan vətəndaşlarının həlak olduğu və ya müxtəlif bədən xəsarətləri aldığı nəzərə çatdırılıb.

Soydaşlarımız beynəlxalq təşkilatları Ermənistana güc və təsir etmək yolu ilə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsinə nail olmağa çağırıblar: “Azərbaycan höküməti maliyyə fondlarının minalardan təmizlənmə layihəsinə ayırdığı vəsaitləri Qarabağ bölgəsinin bərpasına xərcləyərsə, orada normal həyat şəraiti qısa zamanda təmin oluna bilər”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO