Britaniyada Ermənistana etiraz aksiyaları keçirilir
Böyük Britaniyanın Koventri şəhərində “Bizi minalardan azad edin, Qarabağ Azərbaycandır” şüarı ilə banner fləşmobu keçirilib.
Rakus.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Yerli əhaliyə Qarabağın tarixi Azərbaycan torpağı olması, işğaldan azad edilmiş ərazilərin minalanması ilə bağlı məlumatlandırıcı lifletlər də paylanılıb.
Bundan başqa, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup” təşkilatının üzvləri və bu ölkədə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən London şəhərində yerli əhaliyə Ermənistanın işğaldan azad olmuş ərazilərə dair mina xəritələrini Azərbaycana təqdim etməməsi ilə bağlı məlumatlandırıcı lifıetlər paylanılıb.
Paralel olaraq, şəhərin mərkəzi yerlərində, avtobus dayanacaqlarında məlumatlar yerləşdirilib, məlumatlandırıcı bannerlər asılıb.
Bu gün Koventri şəhərində kilsədə ermənilərin anım tədbiri planlaşdırılıb.