Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” barədə açıqlamasına münasibət bildirib.
Rakus.az xəbər verir ki, bu barədə XİN başçısı “Twitter”də paylaşım edib.
“Sözlər tarixi dəyişdirə, yenidən yaza bilməz. Tariximiz barədə heç kimdən dərs almayacağıq. Siyasi fürsətçilik sülh və ədalətə qarşı ən böyük xəyanətdir. Tək əsası populizm olan bu açıqlamanı bütövlükdə rədd edirik”, – M.Çavuşoğlu bildirib.