Dünya 26.04.2021 10:07

XİN: “Metsamor” AES-in bağlanması üçün səyləri səfərbər etməyə çağırırıq”

Azərbaycan Xarici İşlər Nazirliyi Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.

Rakus.az xəbər verir ki, açıqlamada deyilir:

“Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən ölkələrlə və bütün insanlarla həmrəyliyimizi ifadə edirik.

1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciə idi. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb oldu. Bu, yüz minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyan və təxminən 350 min nəfəri radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur edən ən ciddi nüvə qəzalarından biri idi. 31 nəfər dərhal həyatını itirdi və 4000-27000 arası insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu. Partlayış yerindən yüzlərlə kilometr məsafədə yaşayan bir çox insan fəlakətdən sonra radiasiyadan xəstələndi.

Azərbaycan bəzi ölkələrlə birlikdə əraziyə 7000-dən çox xilasedici və digər şəxsi heyəti göndərərək qəzanın nəticələrinin azaldılmasında fəal iştirak etmişdir. Azərbaycan qəzadan zərər çəkmiş təqribən 7000 nəfəri müvəqqəti qəbul edib və onları lazımi reabilitasiya və müalicə ilə təmin edib. Azərbaycan çox böyük insan itkiləri ilə üzləşib, hazırda Azərbaycanda təxminən 5000 nəfər Çernobıl qəzasının nəticələrindən əziyyət çəkir. O vaxtdan bu günədək Çernobıl qəzasından təsirlənən təxminən 2000 vətəndaş vəfat edib.

Çernobıl qəzası nüvə sənayesinə böyük təsir göstərdi və təhlükəsizlik sahəsində əməkdaşlığın artmasına və yeni hüquqi sənədlərin qəbul edilməsinə səbəb oldu. Ən əsası qlobal diqqəti təhlükəsizliyə və bu dəyişikliklərə nail olmaq üçün insan və təşkilati amillərin əhəmiyyətinə yönəltdi. Bu fəlakətin geniş miqyaslı təsiri sübut etdi ki, atom elektrik stansiyalarının təhlükəsizliyi yalnız yerləşdikləri dövlətləri deyil, potensial risklərdən zərər çəkə bilən ətraf ölkələri də narahat etməlidir.

Bu çərçivədə Ermənistandakı “Metsamor” AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi “Metsamor”u dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır. Müxtəlif beynəlxalq təşkilatların bu obyekti “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan “Metsamor” AES-in istismar müddətinin bitməsinə baxmayaraq, hələ də ondan istifadə etməyə davam edir.

2020-ci ildə Avropa İttifaqı növbəti dəfə Ermənistanı AES-i bağlamağa çağırdı və qeyd etdi ki, “nüvə zavodu beynəlxalq səviyyədə qəbul edilmiş nüvə təhlükəsizliyi standartlarına tam cavab verəcək şəkildə təkmilləşdirilə bilməyəcək və bu səbəbdən də onun qısa zamanda bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur”.

“Metsamor”un istismarı zamanı köhnəlmiş texnologiyadan istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etməmək daha geniş bölgə üçün ciddi ekoloji problemlər yaradır.

Bundan əlavə, yüksək dərəcədə zənginləşdirilmiş uran kimi nüvə materiallarının qaçaqmalçılıq hadisələrinin təkrarlanması, zavodun və onun nüvə materiallarının düzgün fiziki qorunması ilə bağlı əlavə narahatlıqlar yaradır.

Bu anım günündə, bütün müvafiq beynəlxalq təşkilatları, nüvə təhlükəsizliyi və ətraf mühit məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarını, eləcə də bölgə ölkələrini potensial fəlakətin qarşısının alınması barədə ictimaiyyətin məlumatlılığını artırmağa və “Metsamor” AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırırıq”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO