Dünya 26.04.2021 20:00

ABŞ-ın Türkiyəyə xəyanəti – TƏHLİL - FOTO

Türkiyə NATO-ya üzv olmaqla bir zamanlar onu parçalamaq istəyənlərlə strateji müttəfiq oldu. Sonrakı dövrlərdə Türkiyə ordusu müttəfiqləri ilə birlikdə fəaliyyət göstərib. Bunun ən bariz nümunəsi Koreya savaşıdır. 1950-1953 illərdə Koreya müharibəsinə 23 min hərbçi qatılmışdı. Savaşda 734 türk əsgəri şəhid olmuş, 2 147-si yaralanmış, 234 hərbçi isə əsir düşmüşdü. İndiyədək 175 türk əsgəri itkin düşmüş sayılır. Son illər Türkiyə İraq və Suriyada İŞİD-ə qarşı, Əfqanıstandakı terrorçu qruplaşmalara qarşı antiterror əməliyyatlarında yenə ABŞ başqa olmaqla NATO ilə birlikdə olub. Ancaq bu müttəfiqliyin qarşılığında Qərb son illər Türkiyəyə qarşı hibrid müharibə aparır. Çanaqqalada məğlub olanlar 106 il əvvəlki acılarını bu yolla çıxmağa çalışırlar.

Avropa İttifaqının üzv olan aparıcı dövlətlərin hamısında, o cümlədən Almaniya, Fransa, Belçika, Niderland və s. ölkələrdə terrorçu PKK-nın təəssübkeşləri adı altında terrorçular fəaliyyət göstərir və onlar olduqları ölkədən dəstək alırlar. Halbuki ABŞ və Avropa İttifaqının adını sadaladığımız və çəkmədiyimiz ölkələr PKK-nı terrorçu qruplaşma olaraq tanıyırlar. Bu, Qərb siyasi blokunun ikiüzlü yanaşmasıdır.

Suriyada terrorçu PKK/YPG-PYD qruplaşmasının hər cür silah və hərbi texnika ilə silahlandırılması ABŞ başda olmaqla NATO-dakı strateji müttəfiqlərin Türkiyə ilə hibrid müharibəsi apardıqlarını deməyə əsas verir. Çünki adıçəkilən bu terrorçu qruplaşma Türkiyənin ərazi bütövlüyü və əhalisi üçün təhlükə mənbəyidir. Onda sual yaranır: “Strateji müttəfiq üçün təhlükə mənbəyi olan terrorçuların silahlandırılması, onların hərbi təlimatçılarla təmin edilməsinə nə ad vermək olar?” Heç şübhəsiz, Qərb blokundan olan müttəfiqlər bu yolla Türkiyəni zəiflətmək, ələbaxan dövlət halına salmağa çalışırlar. İkinci Dünya mühaibəsindən sonra ölkədə baş verən hərbi çevrilişlər Türkiyənin dirçəlməsinə əngəl olub. Ölkə cəmiyyəti parçalanmış vəziyyətdə olub. 2001-ci ildə Ədalət və İnkişaf Partiyasının demokratik seçkilər yolu ilə təkbaşına hakimiyyətə gəlişi qərblilərin keçmiş oyunlarını pozub. 2015-ci ilin iyulunda dövlət çevrilişinə cəhdin qarşısının alınması bunu bir daha sübut etdi.

Türkiyə Qərbdən olan müttəfiqlərindən hava məkanını qorumaq məqsədilə hava hücumundan müdafiə kompleksləri istədi. 2013-cü ilin fevralında Türkiyənin Gaziantep, Şanlıurfa və Adana əyalətlərində “Patriot” sistemi quraşdırıldı. 2017-ci ildə bu kompleksin icarə müddəti başa çatdıqdan sonra Almaniya, İspaniya və Niderland “Patriot”larını apardı. Bundan sonra Türkiyənin hava məkanı müdafiəsiz qaldı. NATO Türkiyənin hava məkanını qoruduğunu iddia etsə də, 2015-ci ilin noyabrında Rusiya “Su-25”nin qardaş ölkənin hava məkanında daxil olması sübut etdi ki, Alyans bu məsələdə hər hansı addım atmaqda acizdir. Rusiya ilə Türkiyə arasındakı məlum hadisədən sonra NATO öz müttəfiqini az qala meydanda tək qoydu. Müttəfiqlərinin təhlükəsizliyinə etinasız yanaşdığını görən Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksini aldı. Bundan sonra ABŞ rəsmi Ankaraya qarşı bir sıra sanksiyalar tətbiq etdi. Hətta Türkiyə “F-35” layihəsindən uzaqlaşdırıldı. Deməli, ABŞ Türkiyənin hava məkanının qorunmasında maraqlı deyilmiş. Əks halda “Patriot”ları belə əlüstü ölkədən çıxarmazdılar. Çünki Türkiyə ilə həmsərhəd ölkə olan Suriyada müharibə davam edir.

ABŞ-ın və Avropadakı bəzi dövlətlərin Ermənistana müdafiə etməsini də Türkiyə anlayışla qarşılayıb. 2009-cu ilin oktyabrında Ermənistan-Türkiyə sərhədinin açılması, iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı protokolun imzalanması rəsmi Ankaranın xoşməramlılığının göstəricisi sayıla bilərdi. Onda Türkiyə bir neçə şərt daxilində bu razılaşmanı imzaladığını bildirmişdi. Rəsmi Ankara Ermənistandan saxta soyqırımı və Türkiyəyə ərazi iddialarından əl çəkməsini, habelə işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmasını istəyir. Bu kimi şərtlər təmin olacağı halda Türkiyə Ermənistanla sərhədi açmağa razılıq vermişdi. Ancaq rəsmi Yerevan və sponsorları əvvəlcədən razılaşdırılan bu məsələnin reallaşması istiqamətində addım atmadılar. Ona görə də Türkiyə həmin protokolu təsdiqləmədi.

2020-ci ilin noyabrın 10-da qəbul edilən bəyanatdan sonra bölgədə yeni şərait yaranıb. Bu, regional dövlətlərin əməkdaşlığı üçün yeni fürsət yaratdı. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan bu addımları Türkiyə də dəstəklədi. Deməli, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşmasına çalışır. Ancaq Ermənistanın cığallığı ucbatından Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan həmin sənədin müddəaları yerinə yetirilmir. Ermənistan ordusu hələ Qarabağdadır, Zəngəzur nəqliyyat dəhlizinin açılmasını ermənilər ləngidir. Ərazilərin işğal zamanı ermənilər tərəfindən minalanması səbəbindən azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı çətinləşir.

ABŞ prezidenti Cozef Baydenin erməni saxtakarlığını dəstəkləməsi Cənubi Qafqazda qarşıdurmanı körükləyir. ABŞ-ın haqsız olaraq münaqişə və müharibə vəziyyətində olan iki tərəfdən birini, erməniləri müdafiə etməsi tərəflər arasında qarşıdurmaya xidmət edir. Bu azmış kimi bu ölkənin Los-Anceles şəhərinin mərkəzində Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş bir azərbaycanlı manekeni etnik zorakılığa çağırışlarla “edam” ediblər. ABŞ-da Türkiyə və Azərbaycanın dövlət bayraqlarının yandırılması da etnik münaqişənin qızışdırılmasına xidmət edən hadisələrdəndir. Belə qənaətə gəlmək olar ki, Cozef Bayden məlum açıqlaması ilə Türkiyə və Azərbaycanın Ermənistanla yaxınlaşmasına, dövlətlər arasında münasibətlərin normallaşmasına, nəhayət, Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasına qarşıdır.

Cozef Bayden

Cozef Bayden

Beləliklə, Baydenin və Türkiyənin başqa müttəfiqlərinin saxta erməni iddialarını dəstəkləməsinin əsasında rəsmi Ankaraya təzyiqlər durur. Bu yolla Türkiyənin müstəqilliyinə mane olmağa çalışırlar. Ancaq Azərbaycanın dərdi, çətinliyi Türkiyənin olduğu kimi, Türkiyənin də dərdi və çətinliyi Azərbaycanındır. Odur ki, Baydenlər çürük erməni ideyaları ilə Türkiyəni, ABŞ-ın NATO-dakı müttəfiqini “sındırmağa” nail ola bilməyəcək. 78 yaşlı Cozef Bayden dünyada, o cümlədən bütün regionlarda sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət etməkdənsə, qarşıdurmalara dəstək verir, etniklərarası iğtişaşların yaranmasına, güclənməsinə yardım edir. ABŞ prezidenti erməni vətəndaşlarına komfort yaratmaqla da ayrı-seçkilik edir. O, açıqlaması ilə türk və azərbaycanlı vətəndaşlarının heysiyyatı ilə oynayıb onları amerikalı saymayıb. Təəssüf ki, prezidentliyinin 100 günü başa çatmayan Bayden hələ ki yadda iğtişaş yaradan, onu dəstəkləyən dövlət başçısı olaraq qalıb. Hər halda ABŞ-ın Türkiyəyə münasibəti təzadlıdır. O, gah müttəfiqi olan bu dövlətə terrorçu PKK, gah da saxta Ermənistanla təzyiq edir. Bu isə perspektivdə ABŞ-a etibarsızlıqla nəticələnə bilər.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO