Dünya 29.04.2021 12:46

BMT Təhlükəsizlik Şurasının üzvləri erməni vəhşiliyi barədə məlumatlandırıldı

BMT Təhlükəsizlik Şurasında gündəliyin “Silahlı münaqişədə mülki əhalinin müdafiəsi” bəndi üzrə “Mülki əhalinin salamat qalması üçün zəruri obyektlərin müdafiəsi” mövzusunda virtual açıq debatlar keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev debatlarda məruzə ilə çıxış edib.

Azərbaycanlı diplomat öz bəyanatında qeyd edib ki, mülki şəxslərin birbaşa hücumlardan və müəyyən hədəflər seçilməyən həmlələrdən qorunması beynəlxalq humanitar hüquq rejiminin əsas məqsədlərindən biridir və bu məqsədə xələl gətirən hərəkətlər barəsində çoxsaylı qadağalar mövcuddur. Bu rejimin əsasını fərqləndirmə prinsipi təşkil edir. Y.Əliyev qeyd edib ki, mülki şəxslər barəsində görülən müdafiə tədbirləri mülki obyektlərə də tətbiq edilməlidir. Onun sözlərinə görə, Azərbaycan münaqişənin dağıdıcı nəticələrindən ciddi zərər çəkmiş ölkələrdən biridir. Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəlində başladığı tammiqyaslı müharibə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi zəbt edilib və təxminən otuz il ərzində işğal altında qalıb.

Bu münaqişə müddətində mülki əhaliyə qarşı yönəlmiş, mülki şəxslərə və mülki obyektlərə qeyri-mütənasib dərəcədə zərər vurmuş hücumlar barəsində qadağalar Ermənistan tərəfindən dəfələrlə pozulub. Müharibə on minlərlə insanın həyatına son qoyub, işğal edilmiş ərazilərdə 700 mindən çox azərbaycanlı barəsində etnik təmizləmələr aparılıb. İşğal edilmiş şəhər, qəsəbə və kəndlərin əksəriyyəti yerlə-yeksan edilib. Beynəlxalq birlik Ermənistan tərəfindən ətraf mühitə vurulmuş dağıdıcı zərbələri ekoloji təcavüzün bir forması kimi səciyyələndirib.

Diplomat qeyd edib ki, 2015-ci ildən bəri Azərbaycanın işğal edilmiş ərazilərində və ətraf bölgələrdə təkrar eskalasiya müşahidə olunurdu. 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında Ermənistan cəbhə xəttində və Ermənistan ilə Azərbaycanın sərhədində genişmiqyaslı döyüş əməliyyatlarına təhrikçilik edib. 2016-cı ilin may ayında BMT Ali Komissarının qaçqınlar üzrə idarəsi münaqişə zonasının yaxınlığında yerləşən Azərbaycan kəndlərində artilleriya atəşləri və partlamamış döyüş sursatlarının tətbiqi nəticəsində mülki əmlaka ziyan vurulmasını bildirib. 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsindəki hücumları Azərbaycan ərazisində strateji əhəmiyyətli beynəlxalq neft və qaz kəmərləri, habelə Bakı-Tbilisi-Qars dəmiryolu üçün təhlükə yaradıb.

2020-ci il sentyabrın axırlarında Ermənistan tərəfindən törədilmiş növbəti təcavüz aktı və bunun ardınca başlanmış döyüş əməliyyatları Azərbaycanın dinc əhalisi arasında çoxsaylı tələfata səbəb olub. Münaqişə zonası hüdudlarından kənarda Azərbaycanın bir neçə iri şəhərlərində mülki infrastruktura ciddi ziyan vurulub.

Ermənistan silahlı qüvvələri həm də Azərbaycanın enerji infrastrukturunu məhv etməyə məqsəd qoymuşdu. Mingəçevir şəhərinə atılmış ballistik raket Cənubi Qafqazda ən iri su anbarında, Mingəçevir hidroenergetika kompleksində yerləşən Azərbaycan istilik elektrik stansiyasının binasının bilavasitə yaxınlığında yerə düşüb. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan ərazisinin təqribən 10 000 kvadrat kilometri, bu ərazidə yerləşən 300-dən çox şəhər, qəsəbə və kənd işğaldan azad edilib.

Həmin ərazilər işğaldan azad ediləndən sonra orada törədilmiş dağıntıların, vandalizmin, qarət və soyğunçuluğun görünməmiş miqyası şoka səbəb olur. Bu ərazilərin çox hissəsi sözün hərfi mənasında kabus şəhər və kəndlərə çevrilib, bütün mülki infrastruktur dağıdılıb və qarət edilib. Bundan əlavə, geri çəkilən erməni qüvvələri və bu əraziləri tərk edən qeyri-qanuni məskunlar evləri, məktəbləri və digər mülki infrastruktur obyektlərini söküb, sonra isə yandırıblar, elektrik kabellərini və dirəkləri kəsib, yanacaqdoldurma stansiyalarını dağıdıb, işğal olunmuş ərazilərdən gedərkən orada olan hər şeyi məhv etmək məqsədilə ağacları kəsib, meşələri yandırıblar.

Mülki infrastrukturun məhv edilməsi və işğaldan azad edilmiş rayonlarda geniş sahələrin minalanması məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ciddi problemlər yaradır. Azərbaycan hökuməti bu ərazilərin bərpasına və yenidən qurulmasına, orada yaşayışın, əsas nəqliyyat və rabitə xidmətlərinin bərpasına birinci dərəcəli diqqət yetirir. Münaqişədən sonrakı dövrdə dinc quruculuq və regionun sosial-iqtisadi bərpasını tezliklə təmin etmək üçün tədbirlər görülür. Bütün şəhərlərin baş planları hazırlanır, beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra layihələr həyata keçirilir. Eyni zamanda, törədilmiş hüquq pozuntularının labüd nəticəsi kimi beynəlxalq hüququn ciddi pozulmasına görə məsuliyyət məsələsi qaldırılmalıdır. Cəzasızlığa qarşı mübarizə də möhkəm sülh və həqiqi barışıq yolunda mühüm preventiv vasitə və zəruri ilkin şərtdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO