Bu sözləri azadlığa çıxan prodüser Təranə Səmədova Lent.az-a açıqlamasında deyib.
Təranə Səmədovanın sözlərinə görə, danışacağı sözlər həddən çoxdur: “Həbs həyatı mənə müəyyən vaxtlarda susmağı öyrətdi. Mən heç kimin pis gününə sevinməmişəm. Həyatda hər kəsin bir alın yazısı var. Kimləri gözləyirdimsə, onlar bu gün məni qarşılamağa gəlmişdi”.
Xatırladaq ki, T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilərək, bir il müddətinə azadlıqdan məhrum olunmuşdu.