Dünya 07.05.2019 08:00

Türkiyə ABŞ-a müqavimət göstərir – TƏHLİL - VİDEO

ABŞ-ın İran sanksiyaları ilə bağlı bəzi ölkələrə verdiyi imtiyazların möhləti çərşənbə günü başa çatdı.

Rakus.az xəbər verir ki, Türkiyə isə bu qədər qısa müddətdə neft ixraclarını müxtəlifləşdirə bilməyəcəyini söyləyib. Buna çarə tapılmadığı təqdirdə, ABŞ-la Türkiyə arasında gərginlik arta bilər.

Ötən il ABŞ Prezidenti Donald Tramp 2015-ci ildə İran və bir neçə dünya qüdrəti ilə imzalanan nüvə razılığından geri çəkildi və İrana qarşı sanksiyaları bərpa etdi. Bununla yanaşı isə o, səkkiz ölkəyə İrandan neft idxalına son qoymaları üçün altı aylıq möhlət tanıdı.

Lakin çərşənbə günü son möhlət tarixinin başa çatması ilə, Hindistan və Yaponiya kimi ölkələr ABŞ-ın təzyiqinə boyun əyəcəklərinə işarə edib, Türkiyə kimi ölkələr isə buna müqavimət göstərir.

Türkiyə ABŞ rəsmiləri ilə intensiv siyasi danışıqlar aparır. Ankara rəsmi Vaşinqtonu “Tupras” neft emalı zavodunun Tehrandan neft idxal etməsinə icazə verməyə çağırır.

ABŞ-ın tətbiq etdiyi son möhlət tarixi keçdiyi üçün, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankaranın hazırkı mövqeyi ilə bağlı bəyanat yayıb və vurğulayıb ki, əgər Türkiyə ABŞ sanksiyalarına əməl etmək üçün mənbələrini şaxələndirmək məqsədi ilə texnologiyasını yeniləməyə məcbur olsa, neft emalı zavodları bir müddət fəaliyyətlərini dayandırmalı olacaq. Bu isə Türkiyə üçün baha başa gələ bilər.

“Corporate Finance Services Ltd.” şirkətinin idarə heyətinin üzvü Ozan Sakar İranın Türkiyənin enerji enthiyaclarının ödənilməsində mühüm rol oynadığını vurğulayıb.

“Türkiyə elektrik enerjisinin 40 faizini idxallardan asılı olan təbii qaz vasitəsilə təmin edir. Benzin də həmçinin. Türkiyə təbii qazının 17 faizini İrandan idxal edir. Türkiyə bunu qəflətən dəyişə bilməz. Bunlar uzun sürən proseslərdir”, – Sakar deyib.

Lakin ABŞ İranın əsas gəlir mənbəyinə böyük zərbə endirmək ümidi ilə İranın neft ixraclarını kəsmək niyyətindədir. Sakar kimi təhlilçilər isə narahatdır ki, bunun nəticəsində İranda yaşanan qeyri-sabitlik regiona mənfi təsir göstərə bilər.

“Hazırda regionda, Türkiyənin qonşu ölkələri Suriya və İraqın hansı vəziyyətdə olduqları açıq-aydındır. İranın da regionda sabitliyin pozulma prosesinə cəlb olunması Türkiyə üçün ciddi təhlükəsizlik riskləri yarada bilər. Bu səbəblə də, Türkiyə sabitliyin pozulmasına bu prosesə qarşı çıxaracaq müdaxilə etmək istəyir”, – Sakar söyləyib.

Lakin bu addım Türkiyə üçün iqtisadi baxımdan çətinliklər yarada bilər. Türkiyə lirəsi ABŞ dollarına qarşı dəyər itirməkdə davam edir. 2018-ci ildə 30 faizlik devalvasiyadan sonra, lirə bu il də 10 faiz dəyər itirib. Bunun bəzi maliyyə səbəbləri olsa da, siyasi gərginlik də səbəblər arasındadır.

Türkiyə onsuzda Rusiya ilə imzaladığı S-400 raket müdafiə sistemi ilə bağlı razılıqdan geri çəkilməkdən imtina etdiyinə görə Vaşinqtonla münaqişə yaşayır. Əgər Türkiyə ABŞ-ın sanksiyalarına əhəmiyyət verməyib, İrandan neft idxal etməyə davam edərsə, gələcəkdə Ankara-Vaşinqton münasibətləri və Türkiyə iqtisadiyyatında çətinliklər yarana bilər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO