Elm və təhsil 27.05.2022 13:32

Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ

Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.

Rakus.az bununla əlaqədar Səbail YAP “Üzeyir Hacıbəyli 68” ƏPT-nin sədri dosent Sultanəli Qurbanov un qələmə aldığı “Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi” adlı məqaləsini dərc edir. 

Ümummilli Liderimiz Heydər Əliyev 1998-ci il yanvar ayının 30-da “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyin keçirilməsi haqqında” Sərəncamı Cümhuriyyətin çoxsahəli fəaliyyətinə verilən ən yüksək qiymətdir. Ulu Öndər Heydər Əliyev qeyd edərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsədə, az yaşasada xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın XIX əsrin sonu XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, ziyalıları, xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş əhval-ruhiyyəsini yaymışdır. Bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Dövlət başçımız Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixini, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsədə verdiyi müvafiq sərəncamlarında dəfələrlə xüsusi olaraq vurğulanıb.

Cənab Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları ilə bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də Bakıda “İstiqlal Bəyənnaməsi” abidəsinin ucaldılması, Azərbaycanın üç rəngli bayrağının şərəfinə Dövlət Bayraq Meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır. Ulu Öndərin layiqli davamçısı Prezidentimiz İlham Əliyev 2018-ci il yanvar ayının 10-da verdiyi sərəncamla 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etmişdir.

Zaqafqaziya Seyminin dağılmasından və meydana gəlmiş konkret tarixi şəraitdən istifadə etmək orada olan Azərbaycan nümayəndələri 1918-ci il mayın 27-də Azərbaycanın istiqlalını elan etdilər. Beləliklə birinci türk dövləti yaradıldı. Həmin il may ayının 30-da Tiflis şəhərində ilk respublikanın ilk höküməti – Fətəli Xan Xoyskinin başçılığı altında Kabinet yaradıldı. Azərbaycanın höküməti ilk gündən geniş tədbirlər həyata keçirməyə başlmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin hökümətinin 30 iyun 1918-ci il tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi, xalq maarifinin inkişafına çox böyük və mühüm təkan verən ilk tədbirlərdən biri türk dilinin dövlət dili elan edilməsi idi. Bu 1918-ci il 27 iyun tarixli qərara əsasən elan edildi. Bunlardan sonra Cümhuriyyət höküməti milli kadrların yetişdirilməsinə bu sahədə təhsilin tamamilə yenidən qurulmaısna xüsusi əhəmiyyət verdi.

Məktəblər milliləşdirildi. Azərbaycan Hökümətinin 28 avqust 1918-ci il tarixli qərarına əsasən, bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalıdır. Dövlət dili olan azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Təhsilin, maarif sisteminin milliləşməsi müəllim kadrlarının çatışmaması çətinliyini yaradırdı. Müəllimə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki, Zaqatalada qısa müddətli pedaqoji kurslar təşkil edildi və Xalq Maarif Nazirliyi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya tək Qazağa köçürülməsi haqqında qərar qəbul etdi.
1919-cu ilin əvvəllərində Azərbaycanda 23 orta məktəb var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbini, Bakıda Politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdilər. Lənkəran qəzası 1919-cu ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin hökümətə tabe edildikdən sonra sentyabrda kişi və qadın Gimnaziyaları fəaliyyətə başladılar.

Azərbaycan höküməti ölkədə təhsili daha da genişləndirmək məqsədilə 1919-cu ilin yayında qısamüddətli pedaqoji kurslar açdı. Belə kurslar kişi və qadınlar Bakı, Gəncə, Şəkidə, kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada açılmışdı. 1919-cu ildə 50 nəfər müəllim Türkiyədən gəlib müəllimlik fəaliyyətinə başlamışlar.

Tədris müəssisələrinin lazımı ədəbiyyat və təchizatla təmin etmək həyata keçirilən mühüm islahatlardan biri idi. Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərslik və dərs vəsaiti almışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin milli kadrların hazırlanmasını tezləşdirmək üçün Xalq Maarifi Nazirliyinin qarşısında ali məktəblər yaratmağı tapşırır. Lakin o dövrdəki tarixi şərait yalnız Bakı Dövlət Universitetinin açılmasına imkan verir. Universitetin professor-meəllim heyətilə təmin etmək üçün tanınmış alimlər dəvət olunur.
Universitetdə Məhəmməd Əmin Rəsulzadə Osmanlı ədəbiyyatı tarixini, Mirzə Rəhim Mirzəyev türk dilini, R.Kaplanov Osmanlı ədəbiyyat tarixini tədris edirdilər. Azərbaycanda ali təhsil sisteminin yaradılması və inkişafında böyük rolu olan tibb elmi sahəsində tanınmış alim, cərrah Vasili İvanoviç, Razumovski universitetin ilk rektoru olmuşdur.

Ölkədə savadsızlığın ləğv edilməsi üçün bir çox şəhərlərdə Bakı, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlı əhali üçün kurslar açılmışdı. Eyni zamanda Bakıda parlamentin üzvü Abdulla bəy Əfəndiyevin rəhbərliyi ilə ibtidai məktəb müəllimləri üçün xüsusi kurslar açılmışdı. Bu kurslarda pedaqogika Azərbaycan ilinin tədrisi metodikası öyrənilirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin mədəni-maarif sahəsindəki qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmışdır.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO