Elm və təhsil 31.03.2023 17:45

Azərbaycanlıların Soyqırımına tarixi qiymətin verilməsində Heydər Əliyevin rolu böyükdür – ELMİ KONFRANS - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “31 Mart – Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Rakus.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Sonra Quba Soyqırımı Memorial Kompleksi və Quba Şəhidlər xiyabanı ziyarət olunub.

ADPU-nun Quba filialında təşkil olunan konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Filialın direktoru, fizika elmləri doktoru Yusif Alıyev bildirib ki, 1918-ci ilin mart hadisələri Bakı Soveti və erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixə düşüb. Soyqırımı hadisələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə baş verib.

1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Azərbaycanlılara qarşı soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli Lider Heydər Əliyevin sayəsində dünyaya çatdırılıb.

Konfransda TAİB-in sədri, akademik Sudeyf İmamverdiyev “Azərbaycanlıların 31 Mart soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vəhşiliyinin bariz təzahürüdür” mövzusunda məruzə ilə çıxış edib. Natiq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və 31 Mart soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsindəki rolundan danışıb.

Tarix elmlər doktoru Güllü Yoloğlu, akademik Sabir Tağıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Televiziya və Radio Akademiyasının rektoru Telli Pənahqızı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmlər doktoru Xuraman Hümbətova, telejurnalist Mübariz Süleymanlı, qazi Qədir Quliyev çıxış ediblər. Bildirilib ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır.

Elmi-praktik konfransın sonunda TAİB-in sədri, akademik Südeyf İmamverdiyev ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə Türk dünyasında elm, təhsil və mədəniyyət sahəsində xidmətlərinə və Heydər Əliyev irsinin təbliği istiqamətində önəmli fəaliyyətinə görə fəxri diplomla təltif edilib. Həmçinin ADPU-nun Quba filialının direktoru Yusif Alıyev TAİB tərəfindən təhsilin inkişafında xidmətlərinə və “31 Mart – Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransın yüksək səviyyədə təşkilinə görə təltif edilib. Ona Ramin Əhmədovun müəllifi olduğu “Heydər Əliyev və antiterror siyasəti” adlı kitab hədiyyə olunub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO