Dünya 06.04.2023 16:52

Tehran rejimi – müsəlmançılığı əlində saxtakarcasına bayraq edən – TƏHLİL

İran hakimiyyətinin daha bacarıqlı siyasət yürütdüyü, “2500 illik dövlətçilik tarixi” və s. bu kimi təriflərin təhrifdən başqa bir nəsnə olmadığı sübuta yetir. Kirdən, Sasanilərdən üzü bəri davam edən mif də dağılır. Bu rejim XI əsrdə Həsən Sabbah tərəfindən indiki İran ərazisində yaranmış Həşişləri (Xaşxaşiləri) xatırladır.

İran parlamentinin 210-a yaxın deputatı aprelin 5-də Azərbaycanın İsraildə səfirliyinin açılmasını “pisləyən” “bəyanat” qəbul edib. Yeri gəlmişkən, Fələstinin “İslami-Cihad” terrorçu qruplaşması da məsələyə buna oxşar münasibət bildirmişdi. İranlı deputatlar ölkənin Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik tədbirlər görməyə çağırıb. Onlar bunu “İslam dünyasının maraqlarına zidd” addım kimi təqdim ediblər. İran parlamentinin üzvləri ərəb və islam ölkələri hakimiyyətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın bu addımını pisləməyə çağırıb. Deputatlar “Azərbaycan hökumətinin bu addımının bir çox mənfi siyasi nəticələrə səbəb olacağını” da vurğulayıblar. Səfirliyin açılmasını pisləmək üçün başqa əsas tapa bilməyən 210 deputat Fələstin məsələsindən yararlanmağa çalışıblar. Onlar İrandakı rejimi fələstinlilərin təəssübkeşi kimi göstərməyə çalışıblar. Parlamentarilər İran XİN-ə bütün islam ölkələrinə müraciət ünvanlamağı təklif edib.

Bu günlərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı keçmiş səfiri, şahzadə Türki bin Feysəl əl-Səud deyib ki, Krallığın İsraillə münasibətləri normallaşdırması üçün şərt Ərəb Sülh Təşəbbüsünə əməl etməkdir. 2002-ci il martın 28-də qəbul edilən bu təşəbbüs, əsasən, İsraillə hərtərəfli sülhə nail olmaq və ərəb-İsrail münaqişəsinə bir sıra şərtlərlə son qoymaq məqsədi daşıyır. 2019-cu ilin sentyabrında İsrail ilk dəfə olaraq Səudiyyə Ərəbistanını 1932-ci ildə Necid və Hicaz bölgələrinin vahid dövlətdə birləşdirilməsi şərəfinə milli bayram münasibətilə təbrik edib. Krallığın vəliəhdi Məhəmməd ibn Salmanın İsraillə münasibətləri normallaşdırmaq istiqamətində fəaliyyət göstərdiyi də məlumdur.

İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər 44 ildir pozulub. Bunun da çoxsaylı səbəbdən günahkarı Tehran rejimidir. Məsələn, 1987-ci il iyulun 31-də Məkkədə Həcc ziyarəti zamanı iranlı zəvvarlarla Səudiyyə Ərəbistanı polisi arasında toqquşma baş vermiş, nəticədə 402 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı. Hadisədən sonra tərəflər son dərəcə sərt bəyanatlar verdi və 1988-ci ildə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdi. İndi isə İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfərə hazırlaşır. Ötən gün Pekində İran və Krallığın xarici işlər nazirləri arasında görüş olub. Tərəflər səfirliklərin açılması barədə razılığa gəliblər.

İranla Bəhreyn arasında münasibətlərin bərpası istiqamətində danışıqlar gedir. Ölkənin deputatlardan ibarət nümayəndə heyəti bu yaxınlarda Manamada səfərdə olub. İki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Təxminən, bir il əvvəl İsraillə Bəhreyn arasında hərbi müqavilə imzalanıb. Məlumata görə, sənəddə iki ölkə arasında kəşfiyyat, hərbi və sənaye sahələrində əməkdaşlığın inkişafı nəzərdə tutulur. Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında da münasibətlər qurulub, inkişaf edir. Əmirlik İranda diplomatik missiya da açır. Misirlə İordaniyanın İsraillə diplomatik əlaqələri isə davam edir. Ərəb dünyası İsraillə münasibətləri genişləndirir. Belə bir halda “210 deputat” Azərbaycandan İsraildə diplomatik missiyasını açdığı üçün onlara şikayət edir. Azərbaycan və ərəb dövlətləri regionda əməkdaşlığa üstünlük verir. Rəsmi Bakı Fələstini tanıması və orada diplomatik nümayəndəlik açmaqla bunu təsdiqləyir.

İran hakimiyyəti isə müsəlman Azərbaycan torpaqlarının təəssübünü heç vaxt çəkməyib. Əksinə, bir qayda olaraq, işğalçının tərəfində durub, ona yardım edib. Elə bu rejimin deputatları da Ermənistanın Azərbaycana qarşı işğalçılığını heç vaxt tənqid edən sənəd qəbul etməyib. Habelə işğal dövründə Ermənistan Azərbaycan torpaqlarındakı məscidləri və bir çox tarixi dini abidələri dağıdıb. Rejim və deputatları nə onda, nə də indi müsəlman torpaqlarında ermənilərin törətdikləri vəhşiliklərə münasibət bildirməyiblər.

Onların bu məsələdə İslam Əməkdaşlıq Təşkilatının adını hallandırması və ona müraciət etməsi çox gülünc görünür. Çünki Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı təşkilatın qəbul etdiyi qətnamələrin və başqa sənədlərin tələblərinə Tehran rejimi heç vaxt əməl etməyib. Əksinə, işğalçı Ermənistana yardımlar edib və edir. Bu qurumun islam həmrəyliyindən danışması isə ikiüzlülüyün zirvəsdir. Çünki İran rejimi Azərbaycan ərazilərinin işğal olunmasında ermənilərdən az rol oynamayıb.

İƏT-in üzvləri Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan Ermənistanla diplomatik münasibət qurmayıb və ya bərpa etməyib. O biri ərəb dövlətləri Azərbaycanın, müsəlman dövlətin ərazi bütövlüyü pozulduğuna görə Ermənistanla münasibətlərə fasilə verib. Tehran rejimi isə torpaqların işğalda qalması üçün ermənilərə maddi, hərbi, siyasi və təbliğat baxımından yardım edib, dəstək verib. İran İslam Respublikası yarandığı gündən müsəlman dövlətləri ərazisində terrorlar törədib. Səudiyyə Ərəbistanı və Azərbaycanın səfirlikləri və diplomatik missiyalarına terror hücumları təşkil edib. Bu rejim ərəb dövlətlərində, Azərbaycan ərazisində terrorçu qruplar saxlayır, bu cinayəti dəstəkləyir.

Bu Tehran rejimidir, müsəlmançılığı əlində saxtakarcasına bayraq edən, ərəb və türk dünyasına düşmənçiliyini gizlədə bilməyən “İslam Respublikası”. Onun parlamentindən də belə məntiqsiz, terrorçusayaq bəyanat gözləniləndir, lap elə “Axsaq atın, kor nalbəndi” kimi….

XƏBƏR LENTİ
Dünya, Gündəm / 06.04.2023 16:52
Tehran rejimi – müsəlmançılığı əlində saxtakarcasına bayraq edən – TƏHLİL
Gündəm, Hadisə / 06.04.2023 13:03
Ermənilərin azərbaycanlılara qarşı fərqli münasibəti - FOTO
Gündəm, Hərbi / 06.04.2023 08:42
Qərbi Azərbaycan Xronikası: İrəvan Ermənistana veriləndə kimlər etiraz etdi? - VİDEO
Gündəm, Siyasi / 05.04.2023 22:02
Daşnak Ermənistanı ilə çar Rusiyasının məxfi Azərbaycan planı - FOTO - VİDEO
Gündəm, Maraqlı, Video müsahibə / 05.04.2023 14:58
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Dünya, Siyasi, Təhlil / 05.04.2023 13:06
Qorxuya düşən ABŞ Trampın cibindən pornoaktrisanın çılpaq fotosunu çıxarır – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 04.04.2023 14:54
Tehran rejimi rəsmi Bakının Cənubi Qafqazda yaratdığı yeni reallığı həzm edə bilmir – TƏHLİL - FOTO
Elm və təhsil, Siyasi / 31.03.2023 17:45
Azərbaycanlıların Soyqırımına tarixi qiymətin verilməsində Heydər Əliyevin rolu böyükdür – ELMİ KONFRANS - FOTO
Elm və təhsil / 31.03.2023 17:33
Mart Soy­qı­rı­mı xal­qı­mı­za qar­şı tö­rə­di­lən qəd­dar­lı­ğın ba­riz nü­mu­nə­si­dir
Elm və təhsil, Maraqlı / 31.03.2023 15:08
Azərbaycanlılara məxsus 1 750 yaşayış məntəqəsinin adı dəyişdirilib – YENİ NƏŞR
Gündəm, Siyasi / 31.03.2023 14:57
Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıldı
Gündəm, Siyasi / 31.03.2023 09:19
Erməni daşnaklarının törətdiyi soyqırımdan 105 il ötür - FOTO
Gündəm, Siyasi / 30.03.2023 12:07
Azərbaycanlıların kütləvi deportasiya və soyqırımı ilə bağlı cinayət işi açılıb
Dünya, Siyasi / 30.03.2023 10:38
Qərbi Azərbaycan İcması Markus Ritterə tutarlı cavab verdi
Siyasi, Video müsahibə / 30.03.2023 01:09
Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası - VİDEO
Gündəm, Hadisə / 29.03.2023 19:42
Qardaşının ermənilərdən xilas olduğunu heç vaxt bilmədi - FOTO - VİDEO
Siyasi, Sosial / 29.03.2023 15:07
Qərbi Azərbaycan Xronikası – ANONS
Gündəm, Siyasi / 28.03.2023 10:00
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası BMT-də rəsmi sənəd kimi yayılıb
Maraqlı, Mədəni, Video müsahibə / 22.03.2023 12:45
Qərbi Azərbaycan Xronikası: “Novruzun gəlişi ermənilərdə vahimə yaradırdı” - VİDEO
Maraqlı, Mətbuat / 21.03.2023 11:11
“Bir ömür yaşadın bu dünya üstə…”
Gündəm, Mədəni, Video müsahibə / 20.03.2023 21:10
Novruz tonqalı Qərbi Azərbaycanda yenə alovlanacaq – XRONİKA - FOTO - VİDEO
Hadisə, Mədəni / 20.03.2023 12:31
Qoşqar Vəli yazır: “Novruz astronomik hadisəyə əsaslanan bayramdır” - FOTO
Mədəni / 20.03.2023 09:09
Azərbaycanda Novruz bayramı qeyd olunur
Səhiyyə / 16.03.2023 10:31
Azərbaycanlı alimin Almaniyada yeni elmi tədqiqatı, növbəti beynəlxalq uğuru
Elm və təhsil, Mətbuat / 16.03.2023 09:19
Deyinən qocanın “yalanlar məmləkəti”ndə ədalət axtarışı…
Gündəm, Siyasi / 15.03.2023 10:09
Hors faciəsi – kənd camaatını anbara yığıb neftlə yandırıblar - FOTO - VİDEO