Elm və təhsil 17.04.2023 14:59

Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun adına sinif otağı açılıb - FOTO - VİDEO

Bakının Binəqədi rayonu şəhid Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbin sinif otaqlarından birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.

Rakus.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə məktəbin müəllim və şagird kollektivi, M.İbrahimovun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məktəbin rus bölməsinin ibtidai sinif rəhbəri İnqa Tolmaçova bildirib ki, M.İbrahimov burda təhsil alıb və oxuduğu müddətdə ən nümunəvi şagirdlərdən biri olub. O söyləyib ki, Məhərrəm hər zaman məktəbin tədbirlərində fəal iştirak edib: “Məhərrəm hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilirdi. Jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə də vətənpərvərliyini sübut edib. O, ömrünün sonuna qədər Vətəninə, millətinə bağlı olub”.

Orta məktəb direktorunun müavini Kəmalə Hacıyeva deyib ki, bu sinif otağının yaradılmasına şəhid jurnalistin doğum günü ilə əlaqədar təhsil ocağının rəhbərliyi tərəfindən təşəbbüs göstərilib.

Onun sözlərinə görə, şəhid məzununun xatirəsini daimi əziz tutur və Məhərrəmin adını əbədiləşdirmək üçün sinif otaqlarından birinə onun adını vermək qərarına gəlib: “Məqsədimiz milyonların ürəyində özünə tac quran Məhərrəm İbrahimovun xatirəsini əbədiləşdirməkdir”.

Şəhidin ailəsi adından M.İbrahimovun bacısı Sevda Əsgərova çıxış edib. O bildirib ki, aprelin 16-da şəhid qardaşının 41 yaşı tamam olub: “İki ildir ki, doğum gününü onsuz qeyd edirik. Bütün Şəhidlər kimi, onun da ömür yolu, peşə fəaliyyəti gənclər üçün dəyərli nümunədir”.

O, göstərdikləri diqqət və qayğıya görə məktəbin rəhbərliyinə təşəkkürünü bildirib.

Məktəbin müəllimləri belə tədbirlərin əhəmiyyətini vurğulayaraq, yeni nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün bir nümunədir: “Torpaq, millət yolunda canlarından keçən mərd mübarizlərin əziz xatirəsi hər zaman qəlblərdə əbədi yaşayacaq”.

M.İbrahimovun həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub, şagirdlər şəhid jurnalistə həsr olunmuş şeirlər söyləyiblər, kompozisiya nümayiş olunub.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Fotolar “Report”a məxsusdur.

 

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO